Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Türk dünyası üçün önəmli addım - Azərbaycandan daha bir uğurlu başlanğıc...

Türk dünyası üçün önəmli addım - Azərbaycandan daha bir uğurlu başlanğıc...
15-09-2023, 14:39 157 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Son zamanlar dövlət başçısının Mərkəzi Asiya ölkələrinə səfərlərinin sayı artıb. Ötən gün prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Onu Tacikistanın Baş naziri qarşılayıb, ölkə başçısının Emoməli Rəhmon ilə təkbətək görüşü olub, daha sonra prezidentlər 5-ci məşvərət görüşündə iştirak ediblər. Düşənbədə Emoməli Rəhmonun adından görüşdə iştirak edən prezidentlərin şərəfinə rəsmi qəbul verilib, onlar Tacikistanın təbii sərvətlərinin nümayiş olunduğu sərgiyə, "Dostluq Axşamı" konsert proqramına baxıblar.
İlham Əliyevin bu görüşdə iştirakı bir ilk olub. Bunu prezident çıxışında da qeyd edib. Azərbaycan prezidentinin bu görüşdə iştirakı region ölkələrinin Azərbaycan ilə dərin tarixi qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqi, xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmlənməsinə yönəlmiş səylərinin göstəricisidir. Sözsüz ki, bu iştirak xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

Ölkə başçısının son iki il ərzində Mərkəzi Asiya ölkələrinə doqquz səfəri Azərbaycanın bu ölkələr ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyduğunun göstəricisidir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş olmaqla yanaşı, həm də Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Bu ölkələr ilə nəqliyyat və logistika sahəsi, "Rəqəmsal İpək Yolu" layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu və başqa layihələr üzrə əməkdaşlıq günü-gündən genişlənir.

Bu səfər və bundan əvvəlkilər sübut edir ki, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətində mühüm yeri var. Çünki, Mərkəzi Asiya regionu ilə mədəni və tarixi köklərə bağlıyıq. Azərbaycanın Sovetlər Birliyinin süqutundan sonra Mərkəzi Asiya dövlətləri ilə yaxın əlaqələr qurması təkcə biz və Mərkəzi Asiya ölkələri üçün yox, həm də bütün Türk dünyası üçün önəmlidir. Ümumiyyətlə, dünyada baş verən proseslər birgə əməkdaşlıq, birlikdə hərəkət etmək zəruriyyəti yaradır. Azərbaycan da bu məsələdə öz töfhəsini layiqincə verir.
Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsində son illər ölkəmizin çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə, Zirvə toplantılarına dəvət olunması mütəmadi hal alıb. Azərbaycanla əməkdaşlığa can atan dövlətlərinin artması sübut edir ki, ölkəmizin nüfuzu gün keçdikcə daha da genişlənir, siyasi çəkisi artır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI