Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Paşinyan öz "silahı" ilə "vuruldu" - Putinin çıxışındakı müəmma

Paşinyan öz "silahı" ilə "vuruldu" - Putinin çıxışındakı müəmma
13-09-2023, 15:26 132 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışına "burda gizli nəsə yoxdur, hamı bilir" sözləri ilə başlayan Vladimir Putin bir sıra mühüm məsələlərə toxunub. Ukrayna ilə müharibədən tutmuş, ABŞ-dəki seçkilərə qədər vacib mövzulardan bəhs edən Rusiya lideri Qarabağla bağlı fikirləri ilə diqqət çəkib.
Vladimir Putin deyib ki, Ermənistan onlara edilən təklifdən imtina ediblər. Rusiya prezidentinin dediyinə görə Ermənistan keçmiş Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayondan 5-i qaytarılıb, əvəzində keçmiş Dağlıq Qarabağ, Laçın və Kəlbəcər "faktiki olaraq Ermənistanın yuristiksiyasında" qalmasına narazılıq edib. O, səsləndirdiyi təklifdə Ermənistanın imtina səbəbini açıqlamır.

Putinin ötən günkü çıxışı Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi və ya ermənilərə ağır zərbə demək deyil. Əksinə, Azərbaycanın mövqeyini nəzərə almayan Putin ola bilsin ki, Paşinyanı "təqsirkar" kimi göstərərək erməniləri Paşinyana qarşı təhrik etmək istəyib. Putinin sözündən belə çıxır ki, Ermənistanda hakimiyyət dəyişsə, Rusiya İrəvanı yenidən dəstəkləyəcək.
Rusiyanın XİN sözçüsü Mariya Zaxarovanın çıxışlarında Paşinyanı "təqsirkar" elan etməsindən sonra Putinin ötən günkü sözləri bir-birini tamamlayır. Belə ki, ölkə başçısı "Ermənistan Qarabağın üzərində Azərbaycanın suverenliyini özü tanıyıb" sözləri ilə o, sanki, "Günahkar sizsiniz, ağlınız olardı, Qarabağı Azərbaycan ərazisi kimi tanımayaydınız" demək istəyib.

Qərb üçün Ermənistan vacibdir. Onlar həm Rusiyanı zəiflətmək planları, həm də başqa məqsədlər üçün Ermənistandan istifadə edirlər. Paşinyan Rusiyanın "üz çevirdiyini" düşünərək Qərbə meyillənir. Lakin, millətini fəlakətə sürüklədiyinin fərqində deyil.
Bir müddət əvvəl iddialar səsləndirilirdi ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə çalışır. Ermənistandakı revanşist qüvvələr də bunu istəyir. Onlar düşünür ki, "problem" Paşinyandır, o, hakimiyyətdən uzaqlaşdırılsa, onun Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatları da qüvvədən düşəcək. Amma, anlamırlar ki, Rəsmi Bakının məsələ ilə bağlı mövqeyi qətidir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI