17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
“Tarqovı”da qadına əxlaqsız hərəkət edən şəxs həbs edildi
Bir neçə gün əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində - “Tarqovı”da qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub. Naməlum şəxs sentyabrın 1-də saat 20 radələrində piyadaların hərəkət etdiyi ərazidə mağazadan çıxan iki qadına yaxınlaşıb. O, qadınların birinin geyiminə və bədəninə əl ataraq əxlaqsız hərəkətlər etməyə başlayıb. Qadının qışqırmasını və ətrafa digər şəxslərin yaxınlaşdığını görən şəxs daha sonra qaçaraq ərazidən uzaqlaşıb. Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin Qobustan rayonu, Şıxzahırlı kənd sakini 1994-cü il təvəllüdlü R.Babayev (şərti) olması müəyyən edilib. O, saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilib və barəsində inzibati protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Səbail Rayon Məhkəməsinə aparılıb. O, məhkəmədə deyib ki, hadisə vaxtı həddindən artıq sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilməyib: “Həmin gün günorta saat 4-5-də 28 may adlanan ərazidəki kafelərdən birində 10-12 bakal (pivə) spirtli içki içmişdim. Axşam saat 7 radələrində Səbail rayonunda yerləşən Malakan bağına gəldim. Bir müddət orada və yaxınlıqda yerləşən “Tarqovı”da gəzişdim. Saat 8 radələrində oradakı mağazadan 2 qadının çıxdığını gördüm, içkinin təsiri altında öz hərəkətlərimi idarə edə bilmədiyimə görə onlardan birinə yaxınlaşaraq əlimlə toxundum. Daha sonra taksi ilə evə getdim. Ümumiyyətlə içki içən deyiləm, bu əməli törədərkən içki olduğuma görə özümdə olmamışam”. Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq etmiş şəxsə 5 sutka inzibati həbs cəzası verilib.