Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Humanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Humanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir
2-09-2023, 13:54 130 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

VETENİM-AZERBAYCANDIR.AZ APA-ya istinadən xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.
Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI