Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mediator Pəri Əhmədova: "Uşaqların mənafeyinə toxuna biləcək hər cüzi şeyə "yox" deyirəm"

Mediator Pəri Əhmədova: "Uşaqların mənafeyinə toxuna biləcək hər cüzi şeyə "yox" deyirəm"
25-08-2023, 22:01 242 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

 
- Pəri xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- İnsanlara ünsiyyət qurmağı, onların problemlərini dinləyib əlimdən gələn köməkliyi etməyi sevirəm. Yəqin ki, bu xasiyyətim məni bu məhz mediasiyaya gətirdi.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Bildiyiniz kimi, mediasiya özü bizim ölkədə yeni bir sahə olduğu üçün biz mediatorlar da bu sahədə gəncik. Bir ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm. 

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mediasiya məhkəmədənkənar alternativ yollarla həll olunan bir prossesdir. Mədiatorun öhdəsinə düşən vəzifə vətəndaşlarla söhbət  etmək, onları dinləmək və onlara doğru yol göstərməkdir. Biz mediatorların öhdəsinə eyni zamanda, mediasiya yeni sahə olduğu üçün faydalarını insanlara izah etmək düşür. 

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Çox təəssüf ki, son zamanlar müraciətlərin çoxluğunu boşanmalar tutur. Bu da bir insan, bir qadın kimi məni çox narahat edir.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Uşaqların mənafeyinə toxuna biləcək hər cüzi şeyə "yox" deyirəm. 

- Xarakter olaraq necə birisiniz?

- Çox səbrli, ünsiyyətcil, mehriban və gülərüz biriyəm. Eyni zamanda da, sərt və kəskin insanam. 

- Oxuculara nə məsləhət görürsünüz?

- Ailə dəyərlərimizə, milli mentalitetimizə önəm verək. İnsanlığımızı, mərhəmət və vicdanımızı unutmayaq. 

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, mən bəzi dağılan ailələrin yenidən barışmasına, işdən qovulmuş əməkdaşın işə bərpasına vəsilə ola bilərəm. Bu hallar məni çox sevindirir və mənə peşəmi daha da sevdirir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI