Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Bu, barışıq üçün mühümdür, amma Ermənistan gizlədir”

“Bu, barışıq üçün mühümdür, amma Ermənistan gizlədir”
19-08-2023, 10:49 179 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin vacib hissəsidir. Lakin Ermənistan bu faktları gizlətməyə, inkar etməyə davam edir”.
 

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tviter) hesabında paylaşım edib. 

Onun sözlərinə görə, Ermənistan indiyə qədər Birinci Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələrə, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarlıqların geolokasiyasını təqdim etməkdən imtina edir:
“Kütləvi məzarlıqlarda qalıqları aşkar olunan 15 itkin düşmüş şəxslərdən biri Gülverdi Hüseynovun qızları 30 ildən sonra atalarının məzarlığına qovuşmaqdan çox məmnundurlar”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI