Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İstirahətə gedib peşman qayıtmamaq üçün nə edək? - Video

İstirahətə gedib peşman qayıtmamaq üçün nə edək? - Video
16-08-2023, 12:03 203 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Yay mövsümünün ən aktual məsələlərindən biri də dənizdə boğulma hallarıdır. Rəsmi açıqlamalara əsasən, ötən illə müqayisədə bu il dənizdə boğulanların sayının artdığı müşahidə olunur. Çimərlik mövsümü daxil olandan, nəzarət olmayan yerlərdə 30 nəfər vəfat edib. Bəs bu dəhşətli statistikaya rəvac verən səbəblər hansılardır?
 

VETENİM-AZERBAYCANDIR.AZ əməkdaşları mövzu ilə bağlı çimərliklərdən birinə üz tutub.

Burada aparılan sorğuda istirahətə gələnlərin çoxu elə dənizdə boğulmaya səbəb kimi üzməyi bacarmamağı göstəriblər: “Qoyulan xətti keçmək lazım deyil. Üzməyi bacarmırsansa, gərək çox da dərinə getməyəsən. Cavanların çoxu belə desək “dəliqanlılıq” edirlər. Ehtiyatlı olmaq lazımdır”. 
Məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin inspektoru Fərid İlhamoğlu xatırladıb ki, küləki hava şəraitində, hava qaraldıqda çimərliklərə üz tutmaq olmaz:

“FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları hər il mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirirlər. Rəsmi statistikaya əsasən, cari ilin, iyun ayının 15-dən  çimərlik mövsümü başlayandan bu günə qədər xilasedicilər suda boğulma təhlükəsiylə üzləşən 138 nəfəri xilas ediblər”. 
Daha ətraflı videoreportajda: 








VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI