Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nazir Binəli Yıldırımın səhhəti ilə bağlı açıqlama verdi

Nazir Binəli Yıldırımın səhhəti ilə bağlı açıqlama verdi
9-07-2023, 16:13 205 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bu gün Türkiyə mətbuatında hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın infarkt keçirməsi ilə bağlı iddialar yayılıb.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, ölkənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabından B. Yıldırımın səhhəti ilə əlaqədar açıqlama verib.
O, hazırda B.Yıldırımın səhhətində ciddi problem olmadığını bildirib:
"Hörmətli Binəli Yıldırımın səhhəti ilə bağlı bəzi mətbuat orqanlarında gedən xəbərlərlə bağlı açıqlamaya ehtiyac var idi. Dünəndən onun sağlamlıq müayinələri tamamlandı. Binəli Yıldırımın ciddi sağlamlıq problemi yoxdur. Ona can sağlığı arzu edirəm".


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI