Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Fransanın müstəmləkəçilik siyasətinin faciəvi tərəfləri

Fransanın müstəmləkəçilik siyasətinin faciəvi tərəfləri
8-07-2023, 10:37 147 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü baş tutdu. Bakıda keçirilən görüşdə "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda məsələlər müzakirə olundu.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev tədbirdəki çıxışı zamanı Qoşulmama Hərəkatına (QHH) üzv olan dövlətləri neokolonializmlə mübarizə aparmağa çağırdı. Azərbaycan Prezidenti qeyd edib ki, "neokolonializm siyasətini indi də davam etdirən ölkələrdən biri də Fransadır".
"Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır", - deyən Prezident İlham Əliyev rəsmi Parisin təxminən 1,5 milyon əlcəzairlinin qətlə yetirilməsinə, müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməli olduğunu bildirib.
O, həmçinin hazırda dünyada mövcud olan islamofobiya və ksenofobiya ilə bağlı narahatlığını ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsini xatırladaraq əlavə edib ki bu hadisə ölkədə mövcud olan irqçilik və islamofobiyanın daha bir əlamətidir".
Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən ölkələr öz problemlərini dilə gətirə bilmək üçün Qoşulmama Hərakatının tirubunasından istifadə imkanı qazandılar. İllərdir Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən bu xalqlar üçün haqq səslərini dünyaya çatdırmaq olduqca vacibdir.
Müstəqil Martinik naminə ekoloqlar və demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel Trend-ə açıqlamasında bildirib ki, Fransa onları öz taleyləri barəsində qərar vermə hüququndan məhrum edib.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI