Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Fransız müstəmləkəçiliyinə qarşı Bakı təşəbbüs qrupu yaradılacaq

Fransız müstəmləkəçiliyinə qarşı Bakı təşəbbüs qrupu yaradılacaq
6-07-2023, 10:01 133 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü il çağrılmış dəyirmi masanın yekunlarına əsasən bəyannamə qəbul edilib.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən bildirir ki, iclasın yekunlarına görə iştirakçılar Fransız müstəmləkəçiliyinə qarşı Bakı təşəbbüs qrupunun yaradılması barədə razılığa gəliblər.
"Qoşulmama Hərəkatı müstəmləkəçiliklə mübarizə üçün qlobal platforma olduğundan, xüsusilə Hərəkatının təməl prinsiplərinə əsasən xalqları Fransanın müstəmləkə hakimiyyəti ilə mübarizədə dəstəkləmək məqsədilə yeni fəaliyyət perspektivlərindən istifadə imkanları zərurət oldu. Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının müstəqillik tərəfdarları və milliyyətçiləri, habelə Azərbaycan Respublikasının və Fransa Respublikasının nümayəndələri müstəmləkəçi və neokolonial praktika ilə mübarizədə Qoşulmama Hərəkatının prinsipial mövqeyinin əsaslı və aktual olduğunu vurğulayıblar", - sənəddə deyilir.
Sənəddə iştirakçıların həmçinin Fransanın xarici ərazilərində müstəmləkə vəziyyətini nəzərdən keçirdikləri, habelə ədalət və azadlıq uğrunda mübarizədə özlərinin həmrəylik şəbəkələrini qurmaq barədə razılığa gəldikləri qeyd olunur.



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI