21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
BAAU-nun prorektoru Brüsseldəki tədbirlərə qatılıb
BAAU-nun prorektoru Brüsseldəki tədbirlərə qatılıb
Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində Brüssel şəhərində növbəti tədbirlər başlayıb. Layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayənədələri Avropanın nüfuzlu EFMD təşkilatında 5 gün müddətində müxtəlif təlim-seminarlarda iştirak edəcəklər. Bakı Avrasiya Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Səyavuş Qasımov təmsil edir. Avropaya səfər iyulun 3-dən başlayıb.
Səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Christophe Terrasse açılış nitqi ilə çıxış ediblər. Daha sonra Christophe Terrasse EFMD təşkilatının fəaliyyəti barədə geniş təqdimat nümayiş etdirib. Növbəti təqdimatda isə Jean-Baptiste Maillard EFMD təşkilatının beynəlxalq layihələrdəki böyük təcrübələrini Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti ilə bölüşüb. Məhsuldar günün yekun təqdimatları isə ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyalarının, eləcə də EFMD-nin bu istiqamətdəki təcrübələrinin, o cümlədən dövri nəşrlərinin müzakirəsinə həsr edilib.
Nərmin Əzimli VETENİM-AZERBAYCANDİR.AZ