21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Deputat: Ermənistan təcavüzkar bəyanatlar verməkdə davam edir - VİDEO
VETENİM-AZERBAYCANDIR.AZ
Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymadan təcavüzkar bəyanatlar verməkdə davam edir.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Vankuverdə ATƏT Parlament Assambleyası Komitəsinin ikinci iclasında çıxış edən Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
T.Gəncəliyev Ermənistan nümayəndə heyətinin nümayəndəsinə cavab olaraq bildirib ki, Azərbaycanda beynəlxalq və daxili hüquqi qüvvəyə malik olmayan saxta coğrafi yerlərdən istifadə edilməsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı ən yüksək səviyyədə bəyanatlarının Ermənistanın etdiyi əməllərlə, o cümlədən onun ATƏT PA-dakı parlament nümayəndə heyətinin hərəkətlər ilə ziddiyyət təşkil etdiyinə sübutdur.
"Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bu ölkənin real hərəkətləri ilə ziddiyyət təşkil etməsəydi, alqışlana bilərdi. Ermənistanın atdığı addımlar Ermənistan və Azərbaycan arasında münaqişədən sonra münasibətlərin normallaşması prosesinə xələl gətirmək və Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirmək məqsədi daşıyır", - deyə deputat əlavə edib.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycan Laçın yolu ilə hərəkət üçün heç vaxt maneə yaratmayıb və Ermənistan tərəfinin qondarma "blokada" və ya "etnik təmizləmə" ilə bağlı bəyanatları yalan təbliğatdan başqa bir şey deyil.
"Azərbaycan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan normallaşma proqramına sadiq qalır. Eyni zamanda, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcək", - deyə o bildirib.