Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Qadın üçün xoşbəxtlik diqqət, qayğı, sevgidir...”

“Qadın üçün xoşbəxtlik diqqət, qayğı, sevgidir...”
30-06-2023, 17:39 550 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

          İnsanlıq bəşəriyyətin əxlaqi sərvətlərinin qızıl fondunu təşkil edir.İndi insanların insanlığa və xeyirxahlığa olan ehtiyacı daha aktual məna kəsb edir. Başqa sözlə desək, indiki bəşəriyyət üçün ən zəruri islahat məhz insanlıq və xeyirxahlıq islahatıdır. Xeyirxahlıq əxlaqi sərvətlərin əsası və insanların birgə yaşayışının təməl daşıdır. İnsanlara yaxşılıq etməyə çalışmaq, onlarla münasibətdə xeyirxah olmaq insanlığın ən vacib şərtidir. İnsanlıq və humanizm prinsipini  ailəsinə, ətrafına,  cəmiyyətə daşıyan  qadın,   ana, həyat yoldaşı ,  dost və nəhayət xeyirli  vətəndaşdır Məhəbbət İbrahimova...
  Xeyriyyəçi insanlardır cəmiyyətə işıq   saçan.Kiminsə könlündə, ürəyində,  ruhunda yaşamaqdır humanizm, insanlıq.Humanizm nəcib prinsiplər  hər bir adamın fərdi həyat amalı olmalıdır. Humanist olmaq-adamları sevmək, onların ləyaqətinə hörmət etmək deməkdir. Əsl humanist idealların həyata keçirilməsi üçün insana quru söz, sentimental coşqunluq gərək deyildir. Bunun üçün əməli iş görmək, məhrumiyyətlərə tab gətirmək, gələcək naminə bu günü qurban vermək kimi   cəsarət nümunəsi göstərmək lazımdır.
Məhəbbət xanım İbrahimova  dərin baxışların arxasında   sorgu-sual, kədər  dolu   dünəni  gizlənir.Bir neçə kitabın müallifi,gözəl qələmi var.Ünsiyyətə  açıq,  səmimi, mehriban xanımdır. Danışdıqca danışmaq istəyir  adam.                                                                                                                                                                                  
“ Orta məktəbdə Xalq   artisti,  gözəl   sənətkarımız ,  rəhmətlik  Əliabbas Qədirovun şagirdi  olmuşam deyir.Ədəbiyyat dərnəyinin üzvü  eyni zamanda gözəl diksiyam olub.Məktəbin bütün  tədbirlərində  şeirlər   səsləndirərdim. Bir gün  yenə tədbir var idi, orada mən şeir dedim, Əliabbas müəllim şeirin müəllifinin   mən olduğunu biləndə  gülümsədi   və mənə  ...”yaz, yarat istedadlı  qızsan” deyərək mənəvi  təkan,motivasiya  olmuşdu.Həvəsim vardı poeziyaya, ədəbiyyata. Uzun müddət  yazdıqlarımı gizlədirdim,  üzə çıxarmırdım. Rəfiqəm vardı bir gün o  dəftəri   təkidlə məndən  aldı, oxudu   və kitab çıxarmagıma razı  saldı.Mənim ilk kitabım bu cür çıxmışdı. Çox balaca, 70 səhifəlik şeirlərdən ibarət kitab idi...
“ Məhəbbət dünyası”nda,  “Ömürdən qurban olmaz” deyərək ,“Yalan  dolu məhəbbət”lə  əhatə olunmuş    cəmiyyətdə “Qadın olmaq” o qədər  də asan deyil.
-Sevib ailə qumusunuz? 
-  Yoldaşım məni çox sevib.Romantik olmuşam, təbiəti,  təbiətdə   vaxt keçirməyi, gəzməyi,   dolaşmagı çox  sevirəm, zövq  alıram. Məsələn çayın kənarında  saatlarla oturub tamaşa   edə  bilərəm... indi də eləyəm. 
-Eyni zamanda  yazıçı, şair və xeyriyyəçi  iş xanımısınız?

-Xeyriyyə məqsədilə  bir çox kitabların işıq  üzü görməsinə   dəstək oldum. İllər öncə  ilk kitabımın   satışından əldə  etdiyim    vəsaiti   min manatı, qan xəstəliyi olan uşaqların müalicəsinə köçürmüşdım. Son illərdə  işıq   üzü görən kitabımdan əldə olunan  gəliri isə qazi və şəhid ailələrinə yardım etdim.  Eyni zamanda bilirsiniz ki, “Sahibkar qadınlar” dərnəyinin üzvüyəm, Bu  cəmiyyətdə yaşayırıqsa, əlimizdən  gələni bacardığımızı  ehtiyacı olan xanımlarımıza    dəstək olmaga  çalışırıq. Bir prinsipim var  istəmərəm kimsə ələ baxımlı olsun, atalarımız   demişkən balıq verməyi deyil, balıq tutmagı öyrədəcəksən. Bir çox    dərzi xanımlarımız  vardı onlara tikiş  maşını aldım verdim ki, bununla övladlarını saxla.
 -Məhəbbət xanım  həm  də neçə-neçə müsiqilərin  söz müəllifisiz  ...
 -Bəli,   o mahnıların əksəriyyətindən  xəbərim olmayıb. Şeir kitablarım  əldən-ələ gəzib, mənə zəng edib icazə istəyirdilər ki, filan şeirə mahnı yaza bilərik?   Mənə   xoş idi,  təbii ki,  sevindirici hal idi ki,  sənin   sözlərin, şeirlərin  səslənir, oxunur, sevilir.
 
 -Ən xoşladığınız mahnı kimin bəstəsi olub? 
-“Əziz müəllimim”.Mən bu  şeiri elə sevə-sevə yazmışdım.Bir gün qızım məktəbdə oxuyanda saçlarını hörmək istəyəndə qoymadı.  Bir zamanlar müəlliməm mənə bir söz demişdi, 10-cu sinifdə  oxuyanda formayla mutləq saç yığılmalı idi. Biz də lent   baglamaq istəmirdik. Müəlliməm lenti götürüb vurmüşdu başına, biz gülüşümşdük. “...görürsüz necə gülməli gəlir? “ .Bu gün bunu etməsəniz sabah gülünc gələcək. Onda mən o şeiri yazdım. Dediklərin doğru idi sətir-sətir, nə olar o günləri geri gətir.  On ildir o mahnı son zənglərdə oxunur. Bəstəkarı Sevinc Mustafayevadır.İki dəfə sözügedən mahnı mükafat aldı. 
-Ailə həyatınızdan razısınız?
- Narazıyam deyə bilmərəm. Özüm namaz qılıram. Hər dəfə Allaha dua edəndə Şükür edirəm verdikləri üçün. Üç ağıllı övladım var. Mənə çox bağlıdılar. Bolluq içərəsində böyümələrinə baxmayaraq, öz əməkıləri ilə bir şeylər etməyə çalışırlar. Qızımın biri dizaynerdir eyni zamanda əl işləri ilə məşğuldur. Satışlar edir. Arxasında ailəsi var amma özü istəyir ki, öz pulunu qazansın. Digər qızım psixoloqdur, öz ofisi var.  Oğlum atası ilə birlikdə çalışır.
-Sizi ,ailənizi qısqananlar çox olub? 
-Olub....
Kitablarınızda   dünənin  və  bu günün fədəkar, gözü yaşlı qadın  obrazları var. Xəyanətlə çox  üzləşmisiniz?
- Hə... 
-Bu Sizdə nəyi dəyişdi?
- Böyük travmalar yaratdı. Romanlarımda bütün qəhramanlar  müsbət qadınlar  idi.Bir gün biri mənə dedi ki, səhv edən qadın olmur, ancaq kişilərmi səhv edir ...? Düşündüm ki, haqlı  sualdlr.   Son romanımda  əsas   sujet   qadın  xəyanəti idi.Amma mən Azərbaycan qadınına yaraşdırmadığım üçün yaza bilmədim. Qəhrəmanım Türk qadınıdır. Roman Türkiyədə cərəyan edir. Romanın içərisindəki bəzi qəhrəmanlar tanıdığım insanların həyatıdır. 
-Qadınlar zəif olurlar,Analar güclü . Sizin qadın kimi aldığınız mənəvi  travmalar övladlarınıza  necə  təsir  edirdi? 
-Övladlarıma  hiss   etdirmədim, heç vaxt yansıtmamışam. Mən Çalışmışam ki, onlar heç bir problemi bilməsinlər.
- Qadın kimi, ana kimi yoxsa yazar kimi xoşbəxtsiniz? 
-Ana kimi... mənə qadın kimi xoşbəxt olan birini göstər Azərbaycanda. Göstərə bilərsinizsə, mən də onun simasında öyrənim ki, qadın necə xoşbəxt olur. Mən dünyanın yarısını gəzmişəm.Pulda görmürəm xoşbəxtliyi. Mən hesab edirm ki, qadın üçün xoşbəxtlik diqqət, qayğı, sevgidir. 
-Beş kitab müəllifisiniz,özünüzü o sahədə necə və harda görürsünüz? 
-Çətin sualdır.İçimdən gələni yazmışam mən.Heç vaxt yaradıcılıq karyerasını düşünməmişəm. 
-Qələm sahibi olan hər kəs istər ki, irəli getsin, tanınsın... 
-Ailədə, evdə  məni dəstkələyən olmadığı üçün ola bilər.Anam  kitab oxuyan olub. İndi də yazıdığım kitabları birinci ona verməsəm inciyər. Çox maraqla oxuyur. Atam çox despot olub. Anam da bəlkə də ona görə həmişə mənə deyib ki, yoldaşın nə deyir onu elə. Ailəni qorumaq üçün ən yaxşı üsuldur bu bəlkə də. 
-Dəyərdi qorumağa? 
-Dəyərdi... 
-Siz həm dünənin, həm də bu günün modern ailəsisiniz. Eyni zamanda qələm sahibisiniz.  Özünüzü, yaradıcılığınızı ikinci planda saxlamısınız.Həm ailənizi qorumusunuz, həm qələminizi. Ən azından bundan sonra  özünüz   və yaradıcılığınızı ön plana çəkməyi düşünürsünüz?
 
-Bəli,itirilən zaman geri qayitmır. Ən azından itirdiyim zamanı  bərpa  etmək   istərəm., 
-Məqsədiniz nədir?
- Yazıçı kimi tanınmaq. 
-Siz əslində   Azərbaycan oxucusuna nümunəsiz...
 - Bir   dəfə toplantıda  çıxış   edirdim   və  sonda çətinliklərə, əziyyətlərə baxmayaraq  mən həm  ailəmi, həm    qələmimi   qoruyub saxlaya bilən qadınam dedim.Bir qadın dedi ki “ordan danışmaq çox asandır...“  Bilirsiz təqdim edəndə deyirlər ki, zavod direktoru, sahibkar, iş xanımı ....  və s.   Mən ona dedim ki, siz soruşun ki,  bu mərhələyə hardan başlayıb, necə gəlmisiniz.Bizim  də  həyatımızda  maddi çətinliklərimiz   olub. Bizim ev üçün ustaya verməyə pulumuz olmayıb, özümüz təmir etmişik. Gecə əlimin kraskasını yuyub lak çəkirdim ki, səhər işə gedəcəm. Mühəndis işləyirdim o zaman.  Mən qızımın bağçasında bayram olacaqdı, dedilər ki, qar qız paltarı al. Mən  iki  gecə yatmadım. Öz gəlinliyimi kəsdim, qızıma paltar tikdim, mən bunları da orada danışdım.  Hər kəs əziyyətlə   qazanır hər şeyi.
 -Həyat yoldaşınızdan görmək istədiyiniz dəyəri görmüsünüz?
- Görməmişəm deyə bilmərəm. Ailəyə bağlı insandır.
-Qadın -kişi dostluğuna necə baxırsınız?
-  O  dostluğun axırı eşq ola bilər... 
-Gələcəklə bağlı gözləntiləriniz nədir? 
-Gecə-gündüz Allaha yalvarıram ki, balalarım xoşbəxt olsun. Onların xoşbəxtliyi mənim həyatımdır. Özüm üçün heç vaxt heç nə istəməmişəm. 
-Səmimisiniz, gözəl davranışınız var,qəribə enerjiniz var. Diqqətdə oldugunuzu  hiss  etmisiniz...?
 -Mənim ətrafım ancaq qadınlardan ibarətdir. Kişilərdən həmişə qaçmışam,söhbətim onlarla tutmaz deyə düşünmüşəm.
     -Qarabağın azadlığı    yaradıcılıgınızda  əksini tapdı?
-30 ildir elə bil  mən təhqir olunurdum. Əslində eləydi. Mənə deyirdilər ki, niyə Xocalı hadisələrindən yazmamısan? Deyirdim öz ayıbımı yazmağa əlim gəlmir. Alnımıza yazılan o qara yazı pozuldu. Qarabağ alınması mənim həyatımda çox böyük sevinc hissi yaratdı. Şuşanın    işğaldan   azadlığını   eşidəndə  mən diz üstə çöküb ağladım. Görünür mənim  qismətimə    yaradıcı   adam olaraq qələbədən yazmaq düşüb... 

  
Yazıçı-şair Məhəbbət İbrahimova:


 VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI