21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Qərbi Azərbaycan İcması Makronun bəyanatını qınayıb
VETENİM-AZERBAYCANDIR.AZ
Qərbi Azərbaycan İcması Fransa Prezidenti Makronun erməni diasporunun bəzi radikal ünsürləri ilə görüşündə verdiyi son bəyanatını, xüsusən də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması kontekstində Ermənistanın maraqlarını Ermənistan hökumətindən daha yaxşı müdafiə etməyi iddia etməsini sərt şəkildə qınayır.
Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
"Bundan başqa, biz Prezident Makronun Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edən ifadələrdən istifadə etməsini pisləyirik.
Fransanın Ermənistanın son vaxtlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini rəsmi şəkildə tanımasından açıq-aşkar narazılığı Fransanın Ermənistanı suveren dövlət kimi qəbul etməsi ilə bağlı suallar yaradır. Prezident Makron tərəfindən səsləndirilən bu bəyanat Fransanın Ermənistanın keçmişdə törətdiyi hüquq pozuntularına, o cümlədən azərbaycanlılara qarşı törətdiyi etnik təmizləməyə və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi kimi ədalətsizliklərə ortaq olduğunu sübut edir.
Biz Fransanı beynəlxalq hüququn prinsiplərinə, xüsusilə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyə, onun daxili işlərinə qarışmamağa, qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına maneçilik törətməkdən çəkinməyə çağırırıq",-deyə məlumatda bildirilir.
VETENİM-AZERBAYCANDIR.AZ