Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır - Fransızsayağı "demokratiya"

Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır - Fransızsayağı "demokratiya"
29-06-2023, 12:14 217 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

 Zaman-zaman Azərbaycana demokratiya dərsi keçmək istəyən Fransanın özündə insan hüquq və azadlıqları ən kobud şəkildə pozulur.
Bunu  Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu gün bölgəmizə sülhün gəlməsinə ən çox mane olan Fransadır. "Fransa davamlı olaraq Azərbaycanı heç bir fakta əsaslanmadan günahlandırır. Əslində isə Fransa miqrantlara, etnik qruplara qarşı kəskin siyasət yürüdən, ayrı-seçkilik yaradan, onların hüquqlarını kəskin şəkildə pozan dövlətlərdən biridir.
Fransada davamlı olaraq bu cür hadisələrin baş verməsinin şahidiyik, yeniyetməyə qarşı irqi zəmində amansız, qəddar münasibət bunu bir daha təsdiq edir. Bu onu göstərir ki, hadisənin arxasında məhz elə Fransa Prezidenti Emmanuel Makron durur. Bu hökumət xalqın etimadını da itirib. Çoxlu sayda insanın küçələrə çıxaraq hadisələrə etiraz etməsi və sərt reaksiya verməsi də bunun sübutudur", - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, baş verən hadisələr eyni zamanda onu göstərir ki, Fransanın heç bir ölkəyə demokratiya dərsi keçməyə hüququ yoxdur.
"Fransa bu cür addımlarla özünü ifşa edir, özünün faşist mahiyyətini, digər xalqlara dözümsüzlüyünü ortaya qoyur", - deyə deputat vurğulayıb.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI