Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Pentaqon: "Vaqner"in bölmələri hələ də Ukraynada qalır

Pentaqon: "Vaqner"in bölmələri hələ də Ukraynada qalır
28-06-2023, 15:02 144 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
VETENİM-AZERBAYCANDIR.AZ Özəl Hərbi Şirkətinin bəzi silahlıları Rusiyada dövlət çevrilişinə cəhddən sonra hələ də Ukrayna ərazisində qalmaqdadır.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib.
O bildirib ki, hazırda Rusiyada baş verən hadisələrə cavab olaraq ABŞ qoşunlarının yerləşdirilməsini tələb edən heç bir səbəb yoxdur.
Xatırladaq ki, bir neçə gün əvvəl "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin günü "Vaqner"çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI