Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“NARKOTİK İSTİFADƏÇİSİ ÖZÜ İLƏ YANAŞI, BİR AİLƏNİ, BİR NƏSLİ MƏHV EDİR” - Gülnarə Abbasova: “Narkomaniya xalqımıza, dövlətimizə qarşı xaricdən gələn genosiddir”

“NARKOTİK İSTİFADƏÇİSİ ÖZÜ İLƏ YANAŞI, BİR AİLƏNİ, BİR NƏSLİ MƏHV EDİR” - Gülnarə Abbasova: “Narkomaniya xalqımıza, dövlətimizə qarşı xaricdən gələn genosiddir”
6-06-2023, 18:52 461 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanda ciddi problemə çevrilən narkomaniya bəlasına mütəxəssislər fərqli prizmalardan yanaşırlar. Amma etiraf edək ki, məsələnin mahiyyətinə varmaqda və çözüm yollarını ortaya qoymaqda həkim rəyi xüsusi önəm kəsb edir. Bu baxımdan, Stopnarkotik.az-ın anestezioloq-reanimatoloq Gülnarə Abbasova ilə söhbəti xüsusi önəm daşıyır. Buyrun, oxuyun!
- Gülnarə xanım, bir həkim kimi necə düşünürsünüz, sizcə, Azərbaycanda narkomaniyanın artmasının səbəbləri nədir? Bu artımı sosial, yoxsa psixoloji səbəblər tətikləyir?
- Bu məsələyə bir çox spektrlədən baxmağı təklif edirəm. Bu, çoxlarında işsizlik, bekarçılıq kimi sosial səbəblərdən irəli gəlir. Narkotik satanlar da cavanların maraq dairəsinin zəifliyindən istifadə edirlər.
- Yəni işsizlik də narkomaniyada rol oynayır...
- Bəli.
- Müşahidələrimiz göstərir ki, bir insanın narkotiklərə dadanmasında psixoloji asılılıq mühüm rol oynayır. Sizcə, psixoloji asılılıq nədir? Sindromdur, yoxsa zəflikdir?
- Asılılıq nə sindromdur, nə zəiflikdir, bu, süni yaranan patologiyadır. Narkomanlarda da, bizdə də bədənin funksiyalarını bərpa edən hormonlardır. Seratonin və dopamin hormonu var, hansı ki, onlar hərarətimizi və təzyiqimizi, ruh halımızı idarə edir. Narkomanlarda narkotikdən istifadə zamanı nə baş verir: seratonin və dopaminin verdiyi enerjini normal insan 3 gündə, narkomanlar isə bir gündə istifadə edirlər. Asılılıq bundan yaranır. Narkotik olmayanda onlar şuxluğu, enerjini itirir, depressiyaya düşürlər. Depressiyaya düşəndən sonra, narkomanların diliylə desək, “lomka” baş verir. Lomka vəziyyətində bunlar yenə o şuxluğu istəyirlər və asılılıq əmələ gəlir. Hansısa bir yolla narkotiki tapırlar.
İlk etapda bunları aldadırlar, narkomaniyaya çəkirlər, istifadədən sonra addım-addım gəlib cinayətkar halına çıxırlar.
- Başqa sözlə desək, bu meyli narkomanlarn həzz arayışı adlandırmaq olarmı?
- Mən deməzdim. Bu, arzularına çatmamaq məqamıdır. Bu gün narkomanlar arasında 25-30 faiz ai təhsili insan var. Bunların arzuları nədir? Oxuyum, ali təhsil alım, işlə təmin olunum və s. Amma bu gün Azərbaycanda elə bir mühit yaranıb ki, ali təhsili bitirəndən sonra normal iş təminatı mümkün olmur. Bunlar depressiyaya düşəndə görürlər ki, bir sinifdə oxuduqları bisavad uşaqlar gəlib vəzifədə otururlar, ali təhsilli uşaqsa işsiz qalıb. O insanın inamı itəndən sonra süni yolla stimulu özünə qaytarmaq istəyir. Düzdür, bu bəraət deyil. Bu zəiflikdir. Amma reallıq budur.
- Ölkədə narkomaniyaya qarşı aparılan mübarizəni effektiv hesab edirsinizmi?
- Xeyr.
- Sizcə, yolverilən yanlışlar, yaxud çatışmazlıqlar nələrdir?
- Müalicəvi effektdən danışırsınızsa, məsələn, Maştağada yerləşən Narkotiklərə qarşı Mübarizə və Reabilitasiya Mərkəzində nə baş verir - 21 gündə narkomanları abstinensiya (lomka) vəziyyətindən çıxarmaq üçün onları opioid tərkibli tramal deyilən narkotik preparatla müalicə edilirlər. Tramal ağrını kəsir. 21 gün ərzində onları ağrılı vəziyyətdən çıxarırlar. Evə buraxılandan sonra sadə preparatlarla müalicə gedir. Amma bu yetərli deyil. Narkomanları müalicə etmək üçün kompleks proqram lazımdır. Götürək “patı”nı. LCD (yarımsintetik psixoaktiv narkotik maddə - müəl.) tipli kimyəvi preparatlar birbaşa insanın DNK-sına təsir edirlər. Nəinki DNK, bütün narkomanların daxili orqanlarında böyük problemlər yaranır. Təsəvvür edin ki, bir narkomanı müalicə etmək üçün böyük bir komanda lazımdır. Orada hepatoloq lazımdır. Çünki hər bir narkomanda “Hepatit C”, “Hepatit B” tapılır.
- Narkomanlarda bu xəstəliklər nədən qaynaqlanır?
- Çünki “patı” və digər kimyəvi narkotiklər qaraciyəri bərbad edir. Qaraciyər bizim orqanizmimizin deposudur. Bədənin şlakları qaraciyərdə təmizlənir. Təsəvvür edin, qaraciyər o kimyəvi narkotiklərlə nə qədər zəhərlənir. Nəticə hepatit və serroz olur.
Ardınca bu müalicədə kardioloq lazımdır. Narkoman bir gündə o qədər yüksək miqdarda “patı” istifadə edir ki, ürəyi yatır. Seratonin normal hallarda bizim ürək döyüntümüzü, təzyiqimizi qaydaya salır. “Patı” istifadə edəndən sonra seratoninin, dopaminin həddi yüksəlir, birbaşa ürəyə təsir edir.
- 21 gündən sonra müalicə necə davam etməlidir?
- Narkomanlar cəmiyyətdən uzaq düşən adamlardır. Heç kəs onlara salam vermir, heç kim onları saymır. Cəmiyyət onlara deqradasiyaya uğramış adamlar kimi baxır. Və onlar bununla razılaşırlar. Çünki başqa yolları yoxdur. İlk etapda hamı onlardan xahiş edir ki, etmə, eləmə, bu yoldan çəkil. Amma bunu deyənlər anlamalıdırlar ki, bu, onların özündən asılı deyil. Getdikcə narkomanlar daha dərin quyuya düşürlər. O quyuda illərlə qalırlar. Və bu gün bizim reabilitasiya mərkəzləri nə etməlidirlər? Həkim və medikamentoz müdaxilə ilə yanaşı, psixoloq müdaxiləsi olmalıdır. Məncə, reabilitasiya mərkəzlərində şəraitlə yanaşı, oraya dini təbliğatı da gətirək lazımdır. Onlara motivasiya vermək lazımdır ki, bax, sən bunları da görə bilərsən, sənin üçün bu yol da var. Bunları yavaş-yavaş o mühitdən çıxarmaq lazımdır. Bunlar 21 günlük müalicədən sonra evə gətirilir və evdə güvənsizliklə qarşılaşırlar. Bu, düzgün taktika deyil.
-Bəs, sizcə, düzgün taktka necə olmalıdır?
- Onları evə gətirməmişdən öncə, çoxspektrli reabilitasiya mərkəzindən keçməlidirlər. Mühit yaransa ki, bax, sən bu yolda idin, sənin itirdiklərini qaytarmaq istəyirik... Narkoman bu təkanı görsə, dəyişim gedəcək. Narkomanın 2-3 ildə sağalmasına sağalmaq demirəm. Çünki seratonin, dopamin hormonu ən azı 5 il ərzində bərpa olunur. Bu hormonları böyrəküstü vəz istifadə edir, beyin ifraz edir. Müalicə 3-5 il ərzində getməlidir ki, beyinlə böyrəküstü vəz seratonin, dopamin hormonunu bərpa edə bilsin.
- Siz bayaq qeyd etdiniz ki, imkanlı ailələrin uşaqları da narkomaniyaya qurşanır və durumu seratoin, dopamin hormanları ilə əlaqələndirdiniz. Bəs, imkanlı şəxslər niyə narkotiklərə qurşanır?
- Bayaq arzulardan danışdıq. Bir təbəqə arzularının qırılmasından bu yola düşür. Bir təbəqə də arzularına çatır və yenilik istəyir. Həmin “patı”nın da növləri var, yüksək keyfiyyətli və aşağı keyfiyyətli. Biri 5 manatdır, digəri 150 manat. Hər bir narkomanın tərcümeyi-halında qırılma tarixçəsi var. Burada da iş psixoloqa düşür. Biz bu nüansa diqqət etməliyik ki, sən ilk narkotik təcrübəni harada etdin və niyə qırıldın? Nədən narazı oldun? Nə çatışmadı ki, sən onu xəyallarında görmək istədin? Narkoman reabilitasiya mərkəzindən keçəndən sonra sosial qurumlarla əlaqə saxlamalıdır, o, işlə təmin edilməlidir. Psixoloq qırılma anınını kadr kimi durdurmalıdır, onu unutdurmalıdır, həmin kadrdan bu tərəfə işləməlidir.
- Narkoman tam reabilitasiya prosesini keçdikdən sonra onun DNK-sı, yəni genetik səviyyə bərpa olunurmu, yoxsa bu zərər qalıcı olur?
- Əsas seratonin, dopaminin bərpasıdır. Sonra da mühit dəyişməlidir.
- Bilirik ki, narkomanların reabilitasiyası həm dövlət, həm özəl müəssisələrdə aparılır. Siz onların fəaliyyətini necə qiymətləndirirsiniz? Əgər özəl reabilitasiya mərkəzləri daha keyfiyyətli işləyirsə, bu xidməti imkansız narkomanlar üçün necə əlçatan etmək lazımdır? Dövlət bu işə necə töhfə verməlidir?
- Mən sizə dövlət müəssisəsindən danışdım. Müalicə orada belə, pulludur. Hər pasiyentdən səhv etmirəmsə aya 200 manat alınır. Deyirlər ki, bizə tramal gəlmir. İndi bilmirəm necədir... Narkomanların köklü müalicəsi üçün proqram qəbul olunsa, prezidentə müraciət edilməlidir ki, sığorta yolu ilə müalicə aparılsın. Problem budur ki, dövlətlə xalqın arasında vəhdət yoxdur. Amma qəbul etməliyik ki, narkotik də bir müharibədir. 44 günlük müharibədə bir neçə dövlət üstümüzə gələndə yaxın dövlətlərdən dəstək gördük. Narkomaniya xaricdən xalqımıza, dövlətimizə qarşı gələn genosiddir. Cavanlarımız qırılır. Biz bir “narkoman” sözünü bilirik, amma bu narkomanın arxasında ailə var. Kim zəmanət verir ki, sabah bu cavanlar dövlətimizə lazım olmayacaq.
İkincisi, bizdə mental düşüncə var ki, kimsə övladımın narkoman olduğunu bilməsin. Bu narkomanı 3-4 aylıq müalicədən sonra evləndirirlər. Amma anlamırlar ki, istifadəçidə hepatit əmələ gəlir. Narkoman daşıdığı hepatiti həyat yoldaşına da yoluxdurur. O qadından dünyaya gələn uşaq hepatit daşıyıcısı olur. Bu gün Azərbaycanda xəstə cəmiyyət yaranır. Narkotik tək bir insanla bitmir. Narkotik istifadəçisi özü ilə yanaşı, bir ailəni, bir nəsli məhv edir. Bu problemin köklü həlli üçün ümumi vəhdət yaranmalıdır. Bura güc strukturları, media qurumları müdaxilə etməlidir. Bir zaman Azərbaycanda tramal yayğınlığı var idi. Hətta apteklərdə satış gedirdi. Analar səs qaldırdı, həmin apteklər bağlandı, tramal yığışdırıldı. Bu, xalqla dövlətin birliyi idi. Amma “ayıbdır, səsimi çıxarmayım, biabır olaram” düşüncəsi yanlışdır. Bizim dövlət başçımız hər kəsin evinə gedib soruşa bilməz. O xalqın ümumi səsindən bir qərar çıxarır. Belə bir söz var. Pis ixtisas yoxdur, pis insanlar var. Bu gün Azərbaycanda elə qurumlar var ki, o şəraiti yaradırlar, elə edirlər ki, narkomaniya dayanmasın.
- Mən bu barədə sizə sual verəcəm, öncə bir məsələni soruşmaq istəyirəm. Dövlət dispanserləri ilə özəl reabilitsiya mərkəzlərini müqayisə etdikdə, sizcə, onların hansı ortaya keyfiyyətli iş, yanaşma qoyur?


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI