Apasport.az saytının məlumatına görə, bununla da ölkəmizin avrokuboklardakı ilk təmsilçisi dəqiqləşib.
- "Barselona" Ansu Fati ilə müqaviləni daha 4 il uzadacaq
- “İnter” çempion olsa futbolçular mükafatdan imtina edəcək
- UEFA Avropa Liqasının finalına bilet satışının başladığını açıqlayıb
İlk dəfə təşkil olunacaq Konfrans Liqasına birinci vəsiqənin sahibi isə “Sumqayıt” olub. “Gənclik şəhəri” təmsilçisi buna Premyer Liqanın XXVIII turunda əldə etdiyi bürünc medalla nail olub.
Ayxan Abbasovun yetirmələri son matçında “Səbail”i bir qolla yenərək xal hesabını 39-a çatdırıb. Bu turadək aktivində 38 xal olan “Zirə”nin “Sabah”a uduzması (1:2) sayəsində “Sumqayıt” paytaxt klubunu arxada qoya bilib.
Bununla da Ayxan Abbasovun yetirmələri klub tarixində ilk dəfə mükafatçılar sırasına düşüb. İndiyədək medal qazanmayan “Sumqayıt” eyniadlı şəhərin buna nail olan ikinci komandasıdır. 1992 və 1993 mövsümlərində şəhərin digər komandası – “Xəzər” gümüş mükafata yiyələnib.
“Sumqayıt” həm də ardıcıl ikinci dəfə avrokuboklara çıxıb. Ötən yay Avropa Liqasında oynayan komanda bu dəfə Konfrans Liqasında oynayacaq.
“Zirə” də bu turnirə yollanmaq şansını itirməyib. Qəsəbə təmsilçisi Azərbaycan kubokunun mayın 24-də keçiriləcək finalını gözləməlidir. Həmin gün “Sumqayıt” “Keşlə”yə qalib gəlsə, Rəşad Sadıqovun yetirmələrinin Avropaya yolu açılacaq. “Keşlə” isə Konfrans Liqasına yollanmaq üçün mütləq qalib gəlməlidir.