01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
“TARİXİ YAŞADAN ABİDƏLƏR”
VETENİM-AZERBAYCANDIR.AZVETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki,aprelin 18-də “Zəfər yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyi və Məmməd Səid Ordubadinin xatirə muzeyi ilə birgə “Tarixi Yaşadan Abidələr” adlı tədbir -tur təşkil olundu.Tədbirdə şəhid ailələri və övladları,Qazilər,veteranlar, İcti kimai xadimlər iştirak edirdilər.”Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salman qızı,İcraçı direktoru İbadova Jalə Mahir qızı,fəxri üzvləri Əhmədov Hacıbala,Vəliyevə Rübabə,Qazı Atakişiyev Səməd,veteran Yusubov Ramiz, Zəfərnews.az saytının redaktoru Aygün Məmmədova
M.S.Ordubadinin xarirə muzeyinin əməkdaşları:Rasimə Əhmədova ,Lamiyə Balıyeva ,Ūlkər Niftullayeva və Elcan Hūseynov.
Yeni Baxış İctimai Nəzarət təskilatının rəhbəri və təsisçisi Əsgərov Şahvələd,müavini Qasımova Lalə iştirak edirdilər.
Tədbiri giriş sözü ilə “Zəfər yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salmanqızı açaraq İçəri şəhər Dövlət Tarix Memarlıq qoruğu idarəsi”Şirvanşahlar” sarayı kompleksinin bələdçisi Kəmalə xanım təqdim olundu.Kəmalə xanım Şirvanşahlar sarayı kompleksi ilə tədbir iştirakçılarını tanış etdi, maraqlı tarixi faktlar haqqında maraqlı məlumatlar verdi.Şirvanşahlar sarayı 1420-ci ildə Dərbəndi sülaləsindən olan I Xəlilullah padşahın sifarişi ilə tikilib. Saray 30 il ərzində tikilib başa çatıb. Sarayın binası 1420-ci illərdə, ona bitişik olan divanxana 1450-ci illərdə, türbə 1435-ci ildə, məscid 1442-ci ildə, Seyid Yəhya Bakuvinin türbəsi 1450-ci illərdə, Şimal darvazası 1585-ci ildə tikilmişdir. Saray İçərişəhərdə yerləşir. Şirvanşahlar sarayı ansamblının binaları yerin relyefinə uyğun olaraq 3 səviyyədə qruplaşdırılıb. Ərazinin ən hündür yerində olan yuxarı həyətdə saray binası və ona bitişik divanxana, aşağı həyətdə türbə və minarəli Şah Məscidi, yuxarı həyətin yaxınlığında Seyid Yəhya Cəlaləddin Bakuvinin türbəsi və ona bitişik kiçik məscid (Keyqubad məscidi də adlanır) yerləşir. Türbə olan həyətin giriş baştağı — Şimal darvazası tikilib. Şirvanşahlar saray ansamblının yaxınlığında hamam, şah kəhrizinin qurtaracağında 500 min litr su tutan ovdan qalıb. Saray 2 mərtəbədən ibarətdir. Birinci mərtəbə 27 otaqdan, ikinci mərtəbə 25 otaqdan ibarətdir. Bakı 15-ci əsrdə Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar Şirvanşah sarayı tikilmişdir. Şirvanşahlar sarayı Şirvanşahlar dövlətinin hökmdarı I Xəlilullahın yay iqamətgahı idi. Şirvanşahlar sarayı orta əsrlər Azərbaycan memarlıq sənətinin şah əsəri kimi qəbul edilmişdir.Bu kompleks saray, divanxana, türbə, məscid və minarə, ovdan və hamamın qalığından ibarətdir.
Şirvanşahlar sarayı kompleksi Böyükdən kiçiyə hər kəsin marağına və sevincinə səbəb oldu. Sonda Qız qalası və təzə tapılan yeraltı hamam gəzintisi uşaqların sevincinə səbəb oldu.Sonda xatirə şəkilləri çəkdirildi.
VETENİM-AZERBAYCANDIR.AZ
VETENİM-AZERBAYCANDIR.AZ