Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Fazil Mustafanı öldürməyi KİM SİFARİŞ EDİB? - İzlər ora aparır...

Fazil Mustafanı öldürməyi KİM SİFARİŞ EDİB? - İzlər ora aparır...
29-03-2023, 11:55 217 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Son günlər paytaxt Bakıdan silah səsinin eşidilməsi adi hala çevrilib. Xüsusilə də son bir ay ərzində bu məsələ xüsusilə gözə girməyə başlayıb. Birdən-birə Azərbaycanda terror cəhdləri və sui-qəsdlərin artması əslində gözlənilən idi. 
İkinci Qarabağ müharibəsindən sonra İslamı erməni sevdasına xərcləyən İran molla rejiminin Bakını divara qısnamaq cəhdləri bitmək bilmir ki, bilmir. Ermənistanın ağır məğlubiyyətinin ardından 10 noyabr üçtərəfli bəyanatını icra etmək məsələsi aktuallaşdığı dəqiqədən bu yana Tehran əlindən gələni edir ki, Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsin, iki ölkə arasında düşmənçilik səngiməsin. 
Ermənistanın sərhədlərini, onun təhlükəsizlik məsələsini özünün qırmızı xətti elan edən İran molla rejimi öncə Azərbaycanla sərhəddə böyük hərbi təlimlərə başladı, ardınca kiberhücumlar, informasiya hücumları başladı, əyalət mollalarından tutmuş rəsmi şəxslərinə kimi hər kəs Cənubdan Azərbaycana hürməyə başladılar. Amma bu cəhdlərinin də mənasız, Azərbaycanı qorxutmaq üçün yetərli olmayacağını görən molla rejimi təhlükəli silahını işə saldı.
Öncə Tehranda Azərbaycan səfirliyinə terror hücumu oldu, - bu günə kimi terror aktına görə rəsmi Tehran ədalətli addımı ilə yadda qalmayıb, - ardınca Azərbaycan sərhədləri üzərində İrana məxsus hərbi təyyarələr uçuş həyata keçirərək Bakını "hər an hücum edə bilərik" təhdidi ilə haqqını tələb etməkdən çəkindirmək üçün diş qıcadı. 
Lakin dövlət başçısı İlham Əliyev son çıxışlarında da istər Ermənistana, istərsə də ona havadarlıq edən dövlət və qüvvələrə mesaj verdi ki, Azərbaycanı bu cür üsullarla, addımlarla qorxuda bilməzsiniz. 
Ötən gün axşam saatlarında millət vəkili Fazil Mustafanın güllələnməsi xəbəri isə ölkəni silkələyən növbəti hadisə oldu. Artıq DTX bu xain hücumu terror aktı da adlandırıb. Çünki bir ölkənin millət vəkilinə qarşı sui-qəsd planı dövlətə qarşı törədilmiş hesab edilir, dövləti təhdid etmək sayılır. 
Bəli, Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğu hər kəsə məlumdur. Bu faktın özü və Fazil bəyin sosial media üzərindən açıq təhdid edilməsi ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ipucları verir.
Bu terrorun icraçıları hələlik məlum olmasa da, - axtarış tədbirləri davam etdirilir, - sifarişçi(lər) demək olar ki, Cənubdan Fazil Mustafanın yerləşdirildiyi xəstəxanaya boylanır. 
Millət vəkili Fazil Mustafaya evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı ilginc iddiaları qüvvətləndirən bir neçə tutarlı detallar gözdən yayınmır:
1. Avtomat silah 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. Həm 4 mart 2023-cü ildə "Bravo" hipermarketin bankomat yerləşən giriş hissəsinə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə xüsusi bir mesajdır. 
2. Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin də təsadüf olmadığı iddia edilir. Belə ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır. Nəzərə alsaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə "Bəzi qonşu dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısı qətiyyətlə alınır" çıxışından saatlar sonra bu hadisə baş verdi, o zaman burada da xüsusi bir mesajn axtarmağa dəyər. Qeyd edim ki, son həftələr DTX xüsusilə xeyli sayda İran casuslarını ifşa etməsi ilə önəmli əməliyyatlar icra edir.
3. Növbəti iddia isə İsraildə səfirliyimizin binasının açılması ilə bağlıdır. Belə ki, XİN başçısı Ceyhun Bayramov dünən İsrailə səfərə yola düşüb, bu gün bu dəqiqələrdə isə artıq səfirliyimizin fəaliyyətə başlaması ilə bağlı rəsmi mərtasimdə iştirak edir.
4. Terror hücumu ilə bağlı ortaya çıxan digər detallar da izin molla rejiminə aid olduğunu qənşərə çıxarır. Tanınmış prodüser Oqtay Əliyevin ölümündən sonra onun faciəvi şəkildə həlak olması ilə bağlı yazılan statuslardan birinin şərh bölməsinə Ramin Vəliyev adlı sosial şəbəkə istifadəçisinin yazdıqları belə düşünməyə əsaslar yaradır. Əslində bu şərhlə adı çəkilən profil sahibinin Fazil Mustafanın güllələnməsindən əvvəl ona sui-qəsd olunacağı ilə bağlı anons verdiyini deyə bilərik.

5. DTX-nın İran casusları ilə bağlı iki gün əvvəl yayımladığı videoda saxlanılan şəxslərin sözlərindən məlum olur ki, onlara tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı verilib. Hədəfdə olan şəxsin ölməsi, yaxud sağ qalması əsas deyilmiş, əsas məqsəd bununla mesajın verilməsi olub.
Bundan saatlar sonra Fazil Mustafaya qarşı sui-qəsd təsadüfi ola bilməz və görünür, saxlanılanlar olsa da, hələ də aramızda casuslar mövcuddur. Məhz DTX-nın saxladığı satqınların məlum ifadələrindən cəmi 1 gün sonra bu teraktın baş verməsi əsaslı şübhələr yaradır ki, İran casus şəbəkəsinin hələ də azadlıqda olan üzvləri Cənubdan aldıqları tapşırıq əsasında kimlərə, hansı şəkildə terror hazırlandığı ortaya çıxmadan çoxdan planlaşdırılan bu hadisəni törətməyə çalışıblar. İsti izlərlə planları deşifrə olmaması üçün saatlar sonra millət vəkilinin güllələnməsi ilə bağlı göstəriş də gecikməyib.
Bu detal bir daha əsas yaradır ki, Fazil Mustafaya hücumun Azərbaycan dövlətinə mesaj olduğu və arxasında İran faktorunun dayandığı ehtimalının böyük olduğunu düşünək.

Fazil Mustafann güllələnməsi xəbərinin yayılmasından sonra da diqqətçəkən məqam az olmadı. Onlar arasında ən gözəgirəni isə heç şübhəsiz millət vəkilinə qarşı terror hücumundan heç 1 saat keçməmiş İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı teleqram kanalları artıq Fazil Mustafanın Bakıda silahlı hücuma məruz qalmasına münasibət bildirməyə başlaması məsələsi idi: "Anti-İran və anti-islam mövqeləri ilə tanınan Azərbaycanlı millət vəkili Fazil Qəzənfər ogluna (Mustafa) terror oldu. Yerli mənbələrin verdiyi məlumata əsasən, ona iki güllə dəyib və xəstəxanaya yerləşdirilib".
Bütün bu detallar iddiaları bir ünvana yönəldir. "İmza" məlum: Kalaşnikovla hücum molla rejiminin dəstixəttinə uyğun gəlir. Lakin İran analamalıdır ki, bu iddialar təsdiqini tapacağı təqdirdə Azərbaycanla ciddi böhran müddətinə daxil olacaq. Bu isə molla rejiminin sonunu bir az da sürtətləndirəcək. Çünki Azərbaycanın ən böyük ordusu elə Cənubdadır - güneyli soydaşlarımızdır.  


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI