11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
Paşinyan sərhəddəki gizli fəaliyyətlə bağlı suala əsəbiləşdi
Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan parlament iclasında Ermənistan-Azərbaycan sərhədində sərhəd postlarının lazımi səviyyədə təchiz olunmaması ilə bağlı sualdan sonra əsəbləşib.
“Vetenim-Azerbaycandir.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müstəqil millət vəkili Taqui Tovmasyanın ünvanlandığı suala cavabında Paşinyan sərhəd bölgələrinin lazımi şəkildə təchiz olunduğunu, lakin bu işlərin gizli şəkildə aparıldığını bildirib. Bundan əlavə, Paşinyan verilən suala əsəbləşərək bu cür müzakirələrin açıq aparılmamalı olduğunu deyib.
“Bəlkə də düzgün deyirlər ki, Əliyevin kəşfiyyata pul xərcləməsinə ehtiyac yoxdur, biz ona hər şeyi deyirik. Bir az daha çox koordinatlar göstərməyə başlayın: burada yaxşı səngərlər var, amma orada heç səngər yoxdur, əlverişli dəhliz var. Ümumiyyətlə başa düşürük, nə edirik?”, - deyə Paşinyan səs tonunu yüksəldərək bildirib.
Buna cavab olaraq Tovmasyan, mövqelərin bir-birindən bir neçə metr məsafədə yerləşdiyini, səngərlərin vəziyyətini və hətta əsgərlərin geyim formasını düşmənin açıq şəkildə gördüyünü qeyd edib.
Paşinyan isə cavabında etiraz edərək “əgər sərhəd gözlə görünsə, deməli, bu, pis sərhəddir. Orada elan edilməyən, sizə və ya düşmənə görünməyən iş gedir”,- deyə vurğulayıb.