16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
BANK VTB”-də NƏ BAŞ VERİR? - Bankın sədri məhkəməyə verilib
hüquqşünas bankın idarə rəisi ilə “Bank VTB” (Azərbaycan) ASC-nin rəhbəri arasında məhkəmə çəkişməsi yarandığını bildirib. Hüquqşünas qeyd edib ki, Azərbaycanda ən çox problemli kreditləri olan bankın idarəçiliyində baş verənlər ciddi araşdırma tələb edən mövzudur. .
.
.Həmin paylaşımı təqdim edirik: “Rusiyanın VTB Qrupunun ölkəmizdəki törəməsi Bank VTB (Azərbaycan) ASC-də çox maraqlı hal baş verib. Təhlükəsizlik idarəsinin rəisi Zahid Səmədzadə 19 yanvar tarixində işlədiyi banka və onun İdarə Heyətinin sədri Yevgeniy Kirinə qarşı iddia ilə Nəsimi rayon məhkəməsinə müraciət edib (iş № 2(006)-1956/2021, hakim Natavan Tağıyeva). Xeyr, əmək mübahisəsi deyil. Elektron məhkəmə sistemindən görünür ki, işin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisədir və iddiaçı mənəvi zərərin ödənilməsini tələb edir.
Ölkə tarixində hələ belə iddia olmamışdı! Görəsən, bank və onun rəhbəri Təhlükəsizlik idarəsinin rəisinə necə mənəvi zərər vura bilərdi axı? Vurubsa belə, bankda işləyə-işləyə həmin şəxs necə cürət edib bankı və onun rəhbərini məhkəməyə verib axı? Güman edirəm ki, jurnalistlərimiz bu iş üzrə araşdırma apararaq suallarına cavab tapa biləcəklər.
Hər bir halda görünən odur ki, bu bankın daxilində ciddi toqquşmalar gedir. Bank yarandığı andan da belə olub. Orada 5 rəhbər dəyişib. Dəyişməyən təkcə Təhlükəsizlik idarəsinin rəisidir: bütün rəhbərləri bir-bir yola salır, onlar isə ona heç nə edə bilmir, çünki birbaşa Moskvadakı baş banka tabedir. Düz 10 il əvvəl Səmədzadəyə satınalmada yol verdiyi pozuntuya görə töhmət də elan olunmuşdu. Buna görə də o zaman bankı məhkəməyə vermişdi. Moskvanın göstərişi ilə töhmət ləğv olundu və o, iddianı geri götürdü. Yəni bankda kifayət qədər güclü şəxsdir və idarəetmənin bütün sahələrinə, o cümlədən kreditlərin verilməsinə ciddi təsir edə bilir.
Yeri gəlmişkən, bu bank ölkəmizdə ən iri problemli kreditlər portfeli olanlardandır. Ötən ilin 9 ayının nəticəsinə görə verdiyi 243 mln. manat məbləğində kreditlərin 161 mln. manatı (yəni 2/3 hissəsi) problemli idi. Özü də bu kreditlərin adekvat təminatı da yoxdur: götürdüyü girovlar, bir qayda olaraq, verilən kredit məbləğlərindən bir neçə dəfə azdır. Təbii, belə vəziyyət ilk növbədə bankın təhükəsizlik sisteminə dair əsaslı suallar yaradır…
P.S. Bir sözlə, çox maraqlı məhkəmə prosesi ola bilər. Əlbəttə, əgər Moskvanın göstərişi ilə bankın rəhbəri tabeliyində olan Səmədzadənin istədiyini etməsə və o da iddiasını geri götürməsə. Bir də gördüz ki, bu rəhbəri də yola saldılar və problemli kreditlərin həddi növbəti rekordu vurdu!”