01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Leyla Əliyeva poeziyası Azərbaycan ədəbiyyatının uğurlu yoludur
Vetenim-Azerbaycandir.az in tətbiq etdiyi “UĞURLU GƏLƏCƏK NAMİNƏ” lahiyəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xalq üçün gördüyü xeyriyyəçilik işlərindən, təhsil, səhiyyə, mədəniyyət və digər uğurlu lahiyələrindən bəhs edir. Növbəti yazımızı Leyla xanım Əliyevanın ədəbiyyata olan marağından, diqqətindən söhbət açacayıq.Qələmə aldığı hər bir şeirində poeziyanın mətinliyini, ülviliyini, yaddaşlara hopan əvəzsizliyini görmək olar.
Sizlərə Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir” adlı Azərbaycan dilində nəşr olunan ilk şeirlər kitabında ürək dolusu danışacayıq. Oxuculara təqdim olunan bu şeirlər toplusu ədəbi mühitimizə “Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə qədəm qoymuş gənc, istedadlı şairə Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk kitabıdır. İlk qələm sınaqlarından başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən, ağrıları, sevgiləri, havanın hərarətini, yağışın, çiskinin, çiçəyin qoxusunu həmişəyaşıl bitkitək özündə saxlamağı bacaran bu şeirlər artıq neçə illərdən bəridir ki, geniş, intellektual oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb.
Öz düşüncə və duyğularını oxucuya çox səmimi və poetik bir dildə çatdıran Leyla xanımın geniş oxucu kütləsinə sahib olduğunu açıq-aydın görmək olar.Dünyanın bir çox ölkələrində müxtəlif dillərdə çap olunana şeir kitabları poeziyasevərlərin böyük marağına səbəb olmuşdur.Bununla yanaşı qəzet və jurnallar şəkilində Leyla xanımın şeirləri nəşr olunaraq, böyük kütlənin ixtiyarına verilmişdir.
Azərbaycan ədəbiyyatının adını dünya ədəbiyyatı ilə eyni çəkilməsi Şairə xanımın misilsiz xidmətlərinin göstəricidir. Bu gün Leyla xanımın şeirlərindən bəhrələnən gənc yazarlarımızın ədəbiyyatdan necə ruh aldıqlarını görmək olar.
Leyla xanım Əliyevanın Azərbaycan ədəbiyyatına açdığı uğurlu yol ölkənin gələcəyinə açılan işıqlı, əbədi yoldur