01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
“Bəşəriyyət koronavirusa qarşı peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmir: Dünyada 832 milyon peyvəndləmənin 82 faizdən çoxu yüksək və orta gəlirli ölkələrdə, yalnız 0.2 faizi isə az gəlirli ölkələrdə həyata keçirilib”.
Vetenim-Azerbaycandir.az-ın məlumatına görə, bunu BMT-nin İqtisadi və Sosial Şurasının koronavirus əleyhinə peyvəndə həsr olunmuş iclasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus deyib.
ÜST rəhbəri bildirib ki, peyvənd məsələsində bərabərlik zəmanəmizin bir çağırışıdır. Biz bu istiqamətdə uğursuzluğa düçar olduq: "COVAX mexanizmi ilə peyvənd alacağını gözləyən bəzi ölkələr heç bir şey almayıb. Bir sıra ölkələr dərman kvotalarının ikinci hissəsini vaxtında almayıb, bu ölkələr planları təhlükəyə atıb”.
Qebreyesu əlavə edib ki, COVAX vasitəsi ilə tədarükün bu günə qədər 100 milyondan çox dozaya çatdığı təxmin edilib, amma əslində bu günə qədər yalnız 40 milyon paylanılıb: Əhalisi üçün artıq peyvənd ayırmış ölkələri dərhal COVAX-a bağışlamağa çağırıram. Digər vacib addım yerli peyvənd istehsalına investisiya qoyuluşu ola bilər”.