14:49 - İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib - İLKİN NƏTİCƏLƏR
14:40 - Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
14:39 - Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başa çatdı - Yenilənib + Fotolar
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdam şəhərinə səfəri başlayıb.
"Vetenim-Azerbaycandir.az" xəbər verir ki, səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
Səfərdə məqsəd Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə tanış olmaqdır.Xatırladaq ki, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.
***
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmiləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başa çatıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri yolboyu Ermənistan ordusunun hərbi istehkamlarının olduğu ərazilərə baxıblar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib. Bildirilib ki, üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu noyabrın 20-də Ermənistan ordusundan boşaldılıb. Rayonun ərazisində keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış mürəkkəb müdafiə istehkamlarının keçilməsi ciddi texnika və insan itkisi olmadan mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Ermənistan kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur oldu, Ağdam rayonu işğaldan itkisiz azad edildi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri sonra Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəliblər. Ağdam ziyalısı Zülfü Qasımov məlumat verib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Diqqətə çatdırılıb ki, Ağdamda məhv edilən idman infrastrukturundan biri də bu ərazidə yerləşən rayonun “Qarabağ” futbol klubunun meydançası olan “İmarət” stadionudur. Vaxtilə stadionda restoran və futbolçuların bazası da vardı. Yaxınlıqda isə Xurşidbanu Natəvanın heykəli qoyulmuşdu. İndi onlardan əsər-əlamət qalmayıb. Bir çox el şənlikləri, festivallar, eləcə də mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz “İmarət” stadionunda təşkil edilərdi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Ağdam Cümə məscidində ermənilərin törətdikləri vəhşiliyə şəxsən şahid olublar. Onlar ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıb.
Qonaqlara məlumat verilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.
Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. İşğala qədər Ağdam rayonunda 153 min, Ağdam şəhərində isə 42 mindən çox sakin yaşayırdı. Rayonda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar.
Diqqətə çatdırılıb ki, birinci Qarabağ müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə altı min nəfərdən çox şəhid olub. Şəhidlər Ağdamdakı üç Şəhidlər xiyabanında dəfn edilib. Erməni vandalları Şəhidlər xiyabanlarını, qəbirstanlıqları da dağıdıblar.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Ağdam şəhərində mehmanxananın, dram teatrın, rayon icra hakimiyyətinin, bankın binalarının qalıqlarına baxıb, ermənilərin törətdikləri müharibə cinayətlərinin nəticələrini gözləri ilə görüblər