18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Azərbaycandakı ödəniş terminalları yeni əsginasları niyə tanımır?
Ölkədə yerləşən ödəniş terminallarında tədavülə yeni buraxılan 1, 5 və 50 manatlıq əsginasların qəbul edilməsi ilə bağlı problem yaşanır. Belə ki, terminal vasitəsilə ödəniş etmək istəyən şəxs bu pulları aparata daxil etdikdə aparat pulu qəbul etmir və geri qaytarır.
Vetenim-Azerbaycandir.az problemin səbəbini öyrənmək üçün bəzi ödəniş sistemləri ilə əlaqə saxlayıb.
“Milliön” ödəniş sisteminin qaynar xəttindən aldığımız məlumatda bildirilib ki, artıq bir çox terminallar yeni 1, 5 və 50 manatlıq yeni əskinazları qəbul edir:
“Sadəcə bəzi ünvanlarda yerləşən terminallarımız var ki, hələ onlar yeni pulları qəbul etmir. Aparatlara yeni pulların tanıtdırılması prosesi mərhələli şəkildə aparılır. Ona görə də ola bilər ki, bəzi terminallar həmin pulları qəbul etməsin. Hər gün texniki məsələlərlə məşğul olan əməkdaşlarımız hissə-hissə bir neçə terminala yaxınlaşıb yeni pulları həmin aparatlara tanıtdırırlar. Bununla əlaqədar iş hazırda davam edir. Bir çox terminallarımızda isə artıq bu məsələ öz həllini tapıb. Bunlardan bir neçəsinə misal olaraq Səbail rayonu Xəqani küçəsində “Wine House”da quraşdırılan terminal, Nəsimi rayonu Nizami küçəsində “Belaruski” ticarət mərkəzinin qarşısında, Füzuli küçəsində Fövqaladə Hallar Nazirliyinin binasında yerləşən terminal, Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində “BakuMart”ın yanında olan terminalları göstərmək olar. 5 aprel tarixinə artıq 1 146 terminalımızda yeni pulların tanıtdırılması prosesi başa çatdırılıb”.