13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Vətən müharibəsində xəsarət alan bir qrup şəxs Türkiyədə protezlərlə təmin olunacaq
Beynəlxalq Həkimlər Dərnəyi (AID) Azərbaycanın Vətən müharibəsində xəsarət alan şəxslərin protezlə təmin olunması ilə bağlı layihə həyata keçirir.
Vetenim-Azerbaycandir.az ın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən AİD-in sədri Mevlit Yurtseven bildirib ki, Vətən müharibəsi zamanı xəsarət alan bəzi şəxslər müalicə üçün Türkiyəyə aparılacaq: "AID 2011-ci ildə İstanbulda qurulmuş beynəlxalq təşkilatdır. Təşkilat əzalarını itirmiş insanlara protez mərkəzləri ilə dəstək göstərir. Uzun müddətdir, müharibə qurbanı olan insanlar üçün çalışırıq. Əzalarını itirən Azərbaycan vətəndaşları üçün də xidmət göstərməyə hazırıq. Azərbaycan xalqı ilə qardaşlığımızın əlaməti olaraq bir qrup xəstə Türkiyəyə aparılacaq və orada müalicə olunaraq protezlərlə təmin olunacaq. Ötən həftə mütəxəssis həkimlər və onların nümayəndə heyəti ilə Azərbaycana gəldik və yoxlamalar keçirdik".
Həkim professor Yaşar Tatar isə qeyd edib ki, bu layihə Azərbaycan xalqına qardaşlığı göstərmək üçündür: “Azərbaycan özü də bu protezləri hazırlaya bilər, amma müharibə nəticəsində çoxlu sayda yaralı var. Bu şəxsləri erkən vaxtlardan protezlə təmin etmək onların şəraitini yaxşılaşdırır. Layihədə 12 nəfərə 15 protez yazılacaq. Onların 3-də ya qol və ayaq və ya hər iki ayağı kəsilib. Bu protezlər ən müasir üsullarla hazırlanıb. İlk olaraq 5 nəfər Türkiyəyə aparılacaq, bu şəxsləri geri qayıdanda hətta futbol oynaya biləcək formada görə biləcəksiniz. Burada ANAMA bizə kömək edir. Həmin şəxslər geri qayıdanda normal həyatlarına qayıdacaq. Qeyd edim ki, Türkiyəyə ilk olaraq aparılacaq 5 şəxsdən ikisi xəsarət alan ANAMA əməkdaşıdır. Onlardan bir gənc həm ayağı, həm qolunu itirdiyi üçün əvvəlcədən məlumatları Türkiyəyə göndərilib. Həmin gəncin artıq Türkiyəyə çatan kimi protezlərinin taxılması gözlənilir”.