20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Türkiyədə dünyasını dəyişmiş Nihad Əliyevin ailəsindən AÇIQLAMA
Türkiyədə dünyasını dəyişmiş Azərbaycan vətəndaşı Nihad Əliyevin ailəsi açıqlama yayıb.
Açıqlamada mərhumun ailə üzvləri baş verən hadisə ilə bağlı onların kədərini bölüşən hər kəsə təşəkkürünü bildirib:"Bildiyiniz kimi, ailəmizin üzvü Nihad Əliyev vaxtsız dünyasını dəyişib. Bununla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyatı yoxdur".
"Bəzi düzgün olmayan məlumat və görüntülərin yayılmasında heç bir qərəz olmadığına inanır, bunun sadəcə yanlışlıqla tirajlandığını düşünürük. Bununla belə, kədərimizi nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələrini həssas olmağa, bu məsələ ilə bağlı dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırırıq", - açıqlamada bildirilib.
Mərhumun ailə üzvləri sosial şəbəkə və bəzi mətbu orqanlarda yayılmış yanlış görüntülərin düzəldilməsi üçün Nihad Əliyevin fotosunu mətbuata təqdim edib.
.
.
.
.
.
.
Bildirilir ki, Azərbaycan vətəndaşı olan 40 yaşlı Nihad Əliyev 3-ü qız olmaqla 6 nəfərlə birgə otelə gəlib. Oteldə olduqları zaman Nihad Əliyev üzərindəki tapançanı çıxararq başına dayayıb və içərisində mərminin olmadığını bildirib. Şahidlərin ifadələrinə görə, dostları ondan bu cür zarafat etməməsini istəyiblər və bu zaman atəş açılıb. Ağır yaralanan Nihad Əliyev xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, bakupost.az vəfat edən şəxsin SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olduğunu yazıb.
Bildirilir ki, Nihad Əliyev Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.