01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Türkiyənin hakim partiyasının qurultayı başlayıb - YENİLƏNİB
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı başlayıb.
Vetenim-Azerbaycandir.az xəbər verir ki, qurultay paytaxt Ankaranın İdman Kompleksində keçirilir.
AKP sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edir.
10:05
Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçiriləcək.
Vetenim-Azerbaycandir.az xəbər verir ki, paytaxt Ankaranın İdman Kompleksində baş tutacaq qurultayda partiya sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "2023-cü ilin manifesti" adlı geniş nitq söyləyəcək.
Bir saat yarım davam edəcəyi gözlənilən çıxışında onun əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planına və iqtisadi islahatlara toxunacağı gözlənilir.
Bundan başqa, qurultayda partiya fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul ediləcək. Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvlərlə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində keçmiş nazir və deputatlarla yanaşı, yeni şəxslərin təmsil olunacağı gözlənilir. İdarə Heyətində gənclərin və qadınların sayı da artırılacaq.
Bundan başqa, qurultayda AKP-nin yeni Nizamnaməsi qəbul ediləcək. Eyni zamanda, partiyanın Mərkəzi Aparatında bəzi dəyişikliklərin aparılması, yeni strukturların yaradılması planlaşdırılır. Bu dəyişikliklərin, xüsusən də AKP rəhbərliyinə yeni şəxslərin gətirilməsinin əsas məqsədi partiyanı 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərinə hazırlamaqdır.