01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Sumqayıtda ilk “McDonald’s” restoranının açılışı oldu
Sumqayıtda ilk “McDonald’s” restoranının açılışı baş tutub. Bunun sayəsində, 60 Azərbaycan vətəndaşı işlə təmin olunub.
"Vetenim-Azerbaycandir.az Qafqazinfo ya istinadən" xəbər verir ki, restoran Sülh küçəsi, Baxça Şəhər yaşayış kompleksi, bina 16A ünvanında yerləşir.
Burada müştərilərə sürətli və keyfiyyətli yerində xidmətlə yanaşı, həmçinin maşını tərk etmədən sifariş vermə, ödəmə və sifarişi qəbul etmə kimi rahat imkanlar yaradan MakAvto xidməti də göstəriləcək.
Yeni açılmış “McDonald’s” restoranında həmçinin Bakı sakinlərinin və paytaxt qonaqlarının bəyənmiş olduğu interaktiv özünəxidmət köşkü də mövcuddur. Sifariş vermənin bu rahat üsulundan faydalanan qonaqlar sensor ekrandan istifadə etməklə sifariş verə, ödənişi isə sifarişi qəbul edərkən bank kartı və ya nağd şəkildə həyata keçirə bilirlər.
Tezliklə Sumqayıtda “McDelivery” xidməti də göstəriləcəkdir. “McDonald's” restoranlarında göstərilən bu xidmət sifarişin qapıya çatdırılmasını nəzərdə tutur. Sumqayıtda açılmış restoran “McDonald’s” restoranlar şəbəkəsinin mart ayı ərzində Azərbaycanda açdığı ikinci məkan oldu.
Belə ki, martın 2-də paytaxtın Binəqədi rayonunun Şövkət Məmmədova küçəsi 2 ünvanında yeni “McDonald’s” restoranı açılmışdır. Burada müştərilərə yerində xidmət, həmçinin MakAvto və “McDelivery” xidmətləri göstərilir.
Qeyd edək ki, yeni “McDonald’s” restoranlarının açılması yeni iş yerlərinin yaradılması deməkdir.
“Koronavirus pandemiyası ilə bağlı vəziyyətin çətinliyinə baxmayaraq, şirkətimiz inkişaf etməkdə və Azərbaycan ərazisində yeni restoranlar açmaqda davam edir. Ötən həftə ərzində Bakının Binəqədi rayonu və Sumqayıt şəhərində olmaqla 2 yeni restoran açılmışdır. Xüsusilə vurğulamaq istərdim ki, bu, “McDonald’s” şirkətinin Sumqayıtda ilk restoranıdır. Məmnunuq ki, restoran açmaqla bu şəhərdə infrastrukturun inkişafının bir parçasına çevrilirik”, - deyə “McDonald’s Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə direktoru E.Hüseynov bildirib.
Yeni iş yerlərinə gəlincə, o bildirib ki, 2 yeni restoranın açılması ilə 120 yeni iş yeri yaradılmışdır: “Ən qabaqcıl ictimai qida şəbəkələrindən biri olaraq, ölkədə artıq 20-dən çox restorana malik “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 1400-dən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir”.
Ümumilikdə “McDonald’s” şirkətinin fəaliyyəti barədə danışan İctimaiyyətlə əlaqələr üzrə direktor qeyd edib ki, şəbəkə yerli istehsalçılar və tədarükçülərlə əməkdaşlıq etməklə Azərbaycanda qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verir, həmçinin paralel olaraq, işlədiyi cəmiyyətdə sosial təşəbbüslər həyata keçirir.