21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
İcra hakimiyyətində əməliyyat: Şöbə müdiri həbs edildi
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Xəzər Rayon İcra Hakimiyətinin binasında əməliyyat keçirib.
Vetenim-Azerbaycandir.az HİT.Az-a istinadən əldə etdiyi məlumata görə, əməliyyat zamanı Xəzər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən qandallanıb.
O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən ələ keçib. Başına torba keçirilən şöbə müdiri nəzarət altında Xəzər İcra Hakimiyyətinin binasından çıxarılaraq istintaqa aparılıb. Barəsində 3 aylıq həbs qərarı çıxarılması və Bakı İstintaq Təcridxanasına göndərilməsi haqda məlumat var. Tural Zeynalovun cinayət əməli ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin də sorğu-sual olunduğu bildirilir.
Həbsindən sonra Tural Zeynalov cinayət ortaqları haqda ətraflı ifadə verib, aldığı rüşvət, iş bölgüsünün detallarını istintaqçılardan gizlətməyib. Məlum olub ki, sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alınıb. Əgər ev iki mərtəbə tikilibsə, qiymət də 2 qat artıb. Bundan başqa Tural Zeynalov Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əmək haqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.
Məlumat gec daxil olduğundan Baş Prokurorluqla dəqiqləşdirmək mümkün olmayıb.