21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzovla bağlı qərar veriləcək
Vetenim-Azerbaycandir.az
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 5 martda növbədənkənar qurultaya gedəcəyi ilə bağlı məlumat var. Hakim partiya yayılan informasiyanı nə təkzib, nə də təsdiq edib. Hətta YAP-ın parlament təmsilçiləri olan deputatlar da mətbuata açıqlamalarında qurultaydan xəbərsiz olduqlarını bildiriblər. Bugünlərdə isə daha bir məlumat yayılıb. Bildirilib ki, YAP qurultayı 200 nəfərlə qapalı formada keçirəcək. Cebhe.info-ya daxil olan məlumata görə isə qurultayın gizli saxlanılması YAP-dan yola salınacaq şəxslərlə bağlıdır. Belə ki, Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP-ın İdarə Heyətinin üzvü Siyavuş Novruzov növbədənkənar qurultayda yeniləri ilə əvəzlənəcək.
İddia olunur ki, YAP rəhbərliyində tamamilə yeni komanda təmsil olunacaq.