21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Leyla Əliyeva Rasim Balayevdən müsahibə götürdü
Məhz əfsanəvi aktyor Rasim Balayev kimi sənətkarlara görə 1970-1980-ci illəri Sovet Kinosunun Qızıl Dövrü hesab edirlər.
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə görkəmli aktyor Rasim Balayev filmlər və kitablar, ailə və yaradıcılıq, keçmiş və gələcək haqda söhbət edib. Amma mövzudan asılı olmayaraq, söhbətin qayəsini sevgi təşkil edir.
Hər bir nəslin öz mədəniyyət kodu var. Amma müxtəlif yaşlı, fərqli dünyagörüşlü insanları birləşdirən unikal mədəniyyət kodları da mövcuddur. Rasim Balyayevin rolları, xüsusilə də onun Nəsimi obrazı belə kodlardandır.
Vetenim-Azerbaycandir.az sfera.az-a istinadən sözügedən müsahibəni təqdim edir.
Leyla Əliyeva: Aktyor olmaq qərarına nə zaman gəldiniz?
Rasim Balayev: Mən Ağsu şəhəri yaxınlığındakı kəndlərdən birində böyümüşəm. Evimizdə televizor yox idi deyə, tez-tez kinoteatra gedirdim. Artıq o zamanlardan filmlərə aktyor mövqeyindən yanaşırdım: bu və ya digər rolu necə oynayacağımı düşünürdüm. Sonra dram dərnəyinə yazıldım. Məktəbdə böyük tənəffüs vaxtı şeyir deməyə başladım. Deyirdilər ki, pis alınmır. Beləliklə, aktyor olmaq istəyim məqsədə çevrildi. Onu da deyim ki, valideynlərim bu qərarımı dərhal qəbul etmədilər.