16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
“Mehriban Əliyeva milli-siyasi elitamızın qadın obrazıdır”
“Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci Vitse-Prezidenti vəzifəsinə təyin olunmasının 4 ili tamam olur. Onun bu mühüm dövlət postuna təyin edilməsi ölkəmizin ictimai-siyasi və ən yeni tarixində ən mühüm və əlamətdar hadisə oldu”.
“Vetenim-Azerbaycandir.az Qafqazinfo ya istinadən” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev müəllif yazısında qeyd edib.
Sözügedən yazını təqdim edirik:
“Mehriban Əliyeva ölkəmizin siyasi meydanında statusuna görə yetərincə nüfuzlu simadır. Azərbaycan cəmiyyəti Onu ölkənin Birinci xanımı və Birinci vitse-prezidenti kimi liderliyinin milli inkişafımızın intibaha dərin töhfə verməsinin canlı şahididir.
Mehriban xanım qısa müddət ərzində Cənab Prezident İlham Əliyevin yazdığı uğur salnaməsinə öz zəngin dəst-xəttini əlavə edərək Azərbaycanın möhtəşəm quruculuğuna əvəzolunmaz töhfələrini verdi.
Birinci Vitse-Prezident 4 illik fəaliyyəti dövründə həm Prezident İlham Əliyevin, həm də Xalqın yüksək etimadını qazanıb. O ötən dövr ərzində yeni-yeni uğurlara və nailiyyətlərə imza ataraq vəzifəsinin, dövlətin və dövlət başçısının Ucalığını təmin edib.
Mehriban Əliyeva böyük ictimai-siyasi xadim kimi milli-siyasi elitamızın zəngin simalarındandır. Milli-siyasi elitamızın qadın obrazıdır.
Azərbaycanın Birinci Vitse-prezidenti həm də cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Onun humanizminin və xeyirxahlığının əhatə dairəsi təkcə Azərbaycanla məhdudlaşmır, Mehriban xanımın siması həm də dünyanın müxtəlif yerlərində xeyirxahlıqda və insana olan səmimi qayğıda Birinci yerdə dayanır.
Mehriban Əliyeva sülh carçısıdır. Beynəlxalq ictimaiyyət Onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, maddi və mənəvi dəyərlərin hamisi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır.
Mehriban Əliyeva Vətənpərvər, fədakar xanımdır. Birinci vitse-prezident seçildikdən sonra Qarabağ qazilərinə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərdi, davamlı olaraq onların sosial qayğılarını həll edir.
Mehriban xanım zəngin mədəniyyətimizin, tarixi dəyərlərimizin hamisidir. Xoşməramlı səfiri kimi Azərbaycanın tarix və mədəniyyət abidələrinin UNESCO-nun Dünya İrsinin siyahısına daxil edilməsində Onun əvəzsiz rolu iftixar doğurur. Onun bu missiyasında daha bir qürurverici tarixi dönəm başlayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Ermənistanın terrorçu qruplaşmalarını məhv edərək doğma torpaqlarımızı azad edib, tarix və mədəniyyət abidələrimiz də düşmənin caynağından xilas olub.
2021-ci il yanvarın 11-də Cənab Prezidentlə birgə Şuşaya səfər zamanı bu qədim yurd yerimizdə vüqarla dayanan Mehriban xanım Şuşanın hər daşını, qayasını doğmalıqla yanaşaraq yeni nəfəs verəcəyini vəd etdi. Mehriban xanım bütün tarixi-dini abidələrimizi bərpa edəcək və Azərbaycanın mədəniyyət paytaxtının şöhrətini dünyaya təqdim edəcək”.