20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Diqqət: Martın 1-dən kəskin ucuzlaşma olacaq
Vetenım-Azerbaycandir.az
Türkiyə ilə Azərbaycan arasında ötən il imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Saziş”i bu ilin martın 1-dən tətbiq edilməyə başlanılacaq.
Preferensial "güzəştli” mənasını verir və o, razılaşmalar əsasında mallara mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı tariflərin tətbiq edilməsini nəzərdə tutur. Qarşılıqlı şəkildə tariflərin aşağı salınması iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə kömək edəcək.
Adıçəkilən saziş 2020-ci ilin fevralın 25-də imzalanıb, sonra parlamentlər tərəfindən qanun halına salınıb və Azərbaycanda qanun 2020-ci ilin mayın 31-də dövlət başçısı tərəfindən təsdiq olunub.
Bu sənədin qəbul edilməsində məqsəd güzəştlər hesabına Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ticarət dövriyyəsinin 2023-cü ilin sonuna qədər 15 milyard dollara çatdırılmasını təklif edib. Azərbaycan Prezidenti İlham Əliyev bunun mümkün olduğunu bildirib və ötən il Preferensial Ticarət Saziş imzalanıb.
Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi yüksələn xətlə inkişaf edir. 2005-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 589 milyon dollar idi. Bu göstərici 2007-ci ildə 1 milyard dolları, 2012-ci ildə 2 milyard dolları, 2018-ci ildə 3 milyard dolları, 2019-cu ildə 4 milyard dolları ötüb. 2019-cu ildə xarici ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Ötən il isə bir qədər azalaraq 4,1 milyard dollara enib.
Preferensial Ticarət Sazişi konkret məhsullar üzrə vergilərin azaldılması, hətta sıfırlanmasını nəzərdə tutur. Burada söhbət ikiqat vergidən azadolunma və eləcə də vergi dərəcələrinin uyğunlaşdırılması kimi məsələlərdən gedir. Həmin məhsulların siyahısı da sazişdə öz əksini tapıb.
Razılaşmaya əsasən hər iki ölkə 15 mal qrupunun ixracında güzəşt əldə edəcək. Azərbaycan Türkiyəyə il ərzində güzəştli tariflə xurma (30 min tonu keçməmək şərtilə), pambıq yağı (maksimum 5 min ton), ağ şəkər (maksimum 5 min ton), göbələklər (maksimum 750 ton), spirtli və spirtsiz içkilər (maksimum 900 min litr) və başqa adda mallar ixrac edəcək.
Türkiyə Azərbaycana yağlı bitkilərin toxumları və meyvələrini (maksimum 5 min ton), heyvan və ya bitki mənşəli piylər və yağlar (maksimum 5 min ton), toffı, digər karamel və analoji şirniyyat (maksimum 4 min ton), tərkibində kakao olan şəkəri əvəz edən məhsullardan hazırlanmış, şəkərdən qənnadı məmulatları və onların əvəzediciləri (maksimum 1500 ton) və başqa mallar ixrac edəcək.
Belə bir sazişin Azərbaycan üçün 2 böyük önəmi var. Birinci önəmi odur ki, ölkəmiz qeyri-neft mallarının ixracını şaxələndirəcək. Türkiyə qeyri-neft ixracında ikinci ən böyük ölkədir. Azərbaycan Türkiyə bazarına daha çox qeyri-neft məhsullarını ixrac etməkdə maraqlıdır.
Digər bir məsələ isə idxal mallarının əlverişli qiymətlə əldə edilməsidir. Bu sazişin qüvvəyə minməsindən sonra Türkiyədən güzəştli şərtlərlə mallar idxal edildiyindən daxili bazarda ucuzlaşma olacaq. İstisna etmək olmaz ki, gələcəkdə iki ölkə arasında daha çox malın dövriyyəsi qarşılıqlı güzəştlərlə ticarət ediləcək və Azərbaycanda qiymətlər insanlarımız üçün daha əlçatan olacaq.