13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
“Azəriqaz” yanında İctimai Şuraya namizdlərin sənədləri qəbul edilir
Birlikdən bildirilib ki, bu məqsədlə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev İB-də İctimai Şuraya seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyasının təşkilinə dair əmr imzalayıb. Əmrə əsasən, komissiyanın tərkibində “Azəriqaz” İB-nin Hüquq departamenti, Təmir-Tikinti İdarəsi, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbər şəxsləri, Həmkarlar İttifaqı Komitəsinin sədri, eləcə də "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi, "İqtisadi resursların öyrənilməsi" İctimai Birliyi, "Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyi, "Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyi və "Azad iqtisadiyyatın inkişafına yardım mərkəzi" İctimai Birliyinin rəhbər şəxsləri daxildir.
İctimai Şurada təmsil olunmaq istəyən namizədlərdən xahiş olunur ki, fevralın 16-dan etibarən martın 19-dək şəxsiyyət vəsiqəsinin surətini, namizədin tərcümeyi-halını və namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surətini “[email protected]” elektron ünvana göndərsinlər.
“Azəriqaz” İB hesab edir ki, İctimai Şura məşvərətçi bir təsisat olmaqla birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklər, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq. Bununla da abonent məmnuniyyətinə nail olmaq istiqamətində mühüm addım atılmış olacaq.