Vetenim-Azerbaycandir.az
Son iki yüz ildə ilk dəfə ölkə başçısı, Ali Baş Komandanın əzmi, qətiyyəti və rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Qardaş Türküyənin də mənəvi dəstəyi ilə nəhayət bir neçə yüz illərdir bizdən qoparılmış torpaqların Qarabağda işğalda olan hissəsini qurtarıb xalqımızın mübarizlik əzmini və özünəgüvəni geri qaytarmış oldu.
Bəli, artıq biz böyük bir qayıdışın astanasındayıq. Bu qayıdış üçün isə, ölkə Başçısı demişkən hələ görüləsi çox işlərimiz var:
- Birincisi, illərdir işğalda olmuş ərazilərin minalardan təmizlənməsi;
- İkincisi, erməni vandalizmin vurduğu yaraları sağaltmaq üçün quruculuq işlərinə başlanılması;
- Üçüncüsü, böyük bir elin, məcburi köçkünlərin o torpaqlara qaytarılmasının təmin olunması;
- Sonda isə sahədə əldə olunan qələbəni masada da reallaşdırıb, böyük sülh sazişinə nail olmaq. Təbii ki, bu da zaman alacaq.
Qaldı bütün bu işlərin yerinə yetirilməsinə, təbii ki, xalq olaraq bu yolda bizlərin də üzərinə çox böyük məsuliyyət və bu yöndə dövlətlə bütün alanlarda bir olmaq düşür. Eynilə, 44 günlük Vətən Müharibəsində olduğu kimi. Yəni belə bir həssas dönəmdə Dövlətin Qarabağla bağlı yürütdüyü siyasətdə yanında olmaq, düşmənin və onun havadarlarının əlinə bəhanə verməmək üçün, atacağımız hər bir addımda və danışacağımız hər bir söz də (xüsusən də mətbuatda) ehtiyatlı olmağımızda fayda var.
Xüsusən də Qarabağ məsələsində mənşəyi bəlli olmayan xəbərlərə inanmamaq, yaymamaq və gələcək sülhə xələl gətirməmək üçün, sülhə qədər hər qonuda ehtiyatlı davranmaq. Unutma ki, düşmənin başı nə qədər əzilsə də düşmən məkirlidir, xəyanətkardır və faşist xisıətlidir. Bu nədəndir ki, Tarixən erməniləri əzən nə qədər ünlü Sərkərdələr olubsa, onlar ömürlərinin sonlarında bu milləti tamamilə yox etməmələrinin peşmançılığını çəkiblər. Bilirik ki, bu gün işğaldan azad edilmiş torpaqlara qayıdışın mərkəzində, ilk növbədə Qarabağdan çıxarılmış məcburi köçgünlər durur. Odur ki, bununla bağlı Dövlət Başçısının yaratdığı yeni qurumlar və yerli icra strukturları görüləçək işlərlə paralel, bütün güclərini səfərbər edib İşğaldan öncə dağlı-aranlı Qarabağdan çıxarılmış insanların və onların sonrakı artımını bütün ərazi vahidləri üzrə dəqiqləşdirib, böyük köçün planını hazırlamalıdırlar.
Qaldı məcburi köçkünlərdən başqa, könüllü olaraq digər vətəndaşlarımızın, xüsusən də 1988-89-cu illərdə Qərbi Azərbaycandan (indiki Ermənistandan) qaçqın düşmüş soydaşlarımızın Qarabağda boş qalan ərazilərdə məskunlaşmaq istəklərinə, bəli, bu da başadüşüləndir. Lakin, sanıram indiki ərəfədə ( ta imzalanacaq sülh sazişinə kimi), təkirar edirəm indiki mərhələdə bunu açıqca qabartmaq yanlışdır və Ermənistanla Azərbaycan arasında sülhə gedən yolda (day nədənini incəliyinə qədər açıqlamıram) hətta bir sapdırmadır. Çünki, gələcəkdə imzalanacaq bu saziş həssas bir dönəmdən keçir və hər vəhclə bu sazişin imzalanmasını əngəlləmək istəyən və yaxud məsələnin məcarasını yenə də başqa istiqamətə yönləndirmək istəyən xarici qüvvələr artıq dövriyyə giriblər belə. Düzdür, artıq geri dönüş yox. Amma biz bu gedişi də sonlandırmalıyıq axı.