Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ŞƏHİDLƏRİMİZ BİZİM SEVDİKLƏRİMİZDİR..

ŞƏHİDLƏRİMİZ  BİZİM SEVDİKLƏRİMİZDİR..
14-02-2021, 14:34 611 dəfə baxılıb

  Vetenim-Azerbaycandir.az
U N U T M A Y A Q.
  NİŞAN  ÜZÜYÜNÜN   
          ACILARI  VAR...
            Naile Muradova.
Sessizcə sevinin, səssizcə gülün ,
Səssizcə qeyd edin şad gününüzü..
Gözü yolda qalan Şəhid övladı,
Gözü yaşla dolan Şəhid 
Övrədi,
Şəhid Anaları, bacıları var..
Səssiz qeyd edin toy düyününüzü,
Səssizcə qeyd edin ad gününüzü..
Yenicə gəlinlik duvağındakı,
Şəhid nişanlısı barmağındakı,
Nişan üzüyünün acıları var..
Gəlin... ertələyək özəl günləri,
Sınağa çəkilmiş aylar illəri.
Hələ ki, sızlayır ürək  telləri,
Gözləyək biz adət-ənənələri,
Qələbə sevinci, baş tacımız var.
           14.02.2021.
         NAİLE MURADOVA.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI