Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Bütün dünya bilsin ki, daim Azərbaycanın yanındayıq” - Hulusi Akar

“Bütün dünya bilsin ki, daim Azərbaycanın yanındayıq” - Hulusi Akar
11-02-2021, 22:01 783 dəfə baxılıb

“Biz “bir millət, iki dövlət” məsələsində son dərəcə qətiyyətliyik”.

 Vetenim-Azərbaycandir.az Bizim.Media.az a istinadən məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Akar Zakir Həsənovu Türkiyəyə çağırdı – Səbəb nədir?

“Bundan sonra da daima haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olacağımızı bütün dünya bilməlidir”, - deyə türkiyəli nazir vurğulayıb.

Nazir çıxışında bildirib ki, bunun təkcə sözdə olmadığını Qarabağdakı 44 günlük müharibə göstərdi:

“Minsk qrupu 30 ildə heç bir iş görmədi. Düşmən yeni hücumlara başladı, Azərbaycan yetər artıq deyib, öz torpaqlarını işğaldan azad etdi və bu mübarizəni zəfərlə taclandırdı. Azərbaycanlı qardaşlarımız güvən və rifah içində həyatlarını davam etdirəcəklər. Biz bir millət, iki dövlət, bir yumruq, bir ürək olmaqda qərarlıyıq”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI