13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Kreml Nikolu dəyişir: kritik və gizli səfər… – Markov
Rusiya Paşinyanı Köçəryanla əvəzləməyi planlaşdırır.
Bunu Vetenim-Azərbaycandir.az Axar.az-a istinadən açıqlamasında tanınmış rus politoloq Sergey Markov Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya planlaşdırılan rəsmi səfəri haqda danışarkən bildirib.
“Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Moskvaya rəsmi səfəri zamanı daxili siyasi məsələlər müzakirə edilib, Baş nazir Paşinyanla isə çox güman ki, dövlətlərarası əlaqələr müzakirə olunacaq. Köçəryan Paşinyanın əsas rəqibidir. Düşünürəm ki, Rusiya Paşinyanı Köçəryanla əvəzləməyi planlaşdırır, amma eyni zamanda bu, indi baş verməyəcək. Paşinyan, ilk növbədə “quyunun dibinə daş atıb” mümkün olan hər şeyi Azərbaycana verməlidir”, – deyə politoloq qeyd edib.
S.Markov ümidsiz vəziyyətdə qalan Paşinyanın Qərbə müraciət etmək ehtimalını da istisna etməyib:
“Nəticədə Paşinyan Qərbə müraciət edəcək, lakin o vaxta qədər onun populyarlığı tamamilə minimuma düşəcək. Və belə bir müraciət baş tutarsa, Nikol Köçəryanın xətti ilə hakimiyyətdən uzaqlaşdırılacaq. Buna görə də Qərbə üz tutmağın gec olduğunu düşünürəm. Bundan əlavə, Rusiyanı Qərbdən ayıran fərq rəsmi Moskvanın daha humanist olmasıdır. Əgər Qərb Nikolu devirsəydi, Paşinyanı da Yanukoviç (Ukraynanın dördüncü prezidenti – red.) kimi öldürmək istəyəcəkdi. Rəsmi Moskva Paşinyana yaxşı, layiqli bir mövqe verilməsinə nail olacaq və Rusiyanın qəddar deyil, humanist bir ölkə olması Nikolun maraqlarının qorunmasına gətirib çıxaracaq”.
Xatırladaq ki, daha öncə Ermənistanın “Qraparak” qəzeti Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Rusiyaya səfər edəcəyi haqda məlumat yayıb. Ermənistanın Baş nazir aparatından isə bu məlumat təkzib edilib.