13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
“AS Group” şirkəti Qarabağ Dirçəliş Fonduna dəstək oldu
“AS Group” şirkəti işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 300 min manat məbləğində ianə edib.
Qeyd edək ki, “AS Group” şirkəti dövlətimizin 44 gün ərzində Qarabağın azadlığı uğrunda apardığı Vətən Müharibəsində canlarından keçən və yaralanan qəhrəmanlarımızın ailələrinə dəstək olmaq məqsədilə “Yaşat Fondu”na da 150 min manat məbləğində dəstək olmuşdu.
“AS Group” həmçinin İkinci Qarabağ Müharibəsi başladığı gündən ön cəbhədə döyüşən əsgərlərimizə və müharibə ərzində düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən vətəndaşlarımıza ərzaq təhcizatı ilə dəstək olmaqla yanaşı, öz balansındakı texnikasını ordumuz üçün səfərbər etmişdi.
Müharibə gedən dövr ərzində şirkət eləcə də, əməkdaşları arasında “Əsgərimə qanım fəda!” adlı qanvermə aksiyası keçirərək yığılan qanla döyüşlərdə yaralanan qəhrəman əsgərlərimizə dəstək olmuşdu.
Ölkəmiz Vətən Müharibəsinə başladığı gündən rəşadətli ordumuza dəstək olmağa çalışan “AS Group” şirkəti qələbəmizdən sonra da işğaldan azad edilən rayonlarımızda: Füzuli, Hadrut və Zəngilanda hərbi hissələrimizin əsgərlərinə sovqat olaraq isti geyimlər, qida və generatorlar hədiyyə etmişdi.
Bundan başqa “AS Group” şirkəti cəbhədə döyüşən və şəhid olan əməkdaşlarının ailələrinə, eləcə də digər şəhid ailələrinə maddi və mənəvi dəstək olmağa çalışır. Şirkət bütün bunları özünün Vətənimiz, dövlətimiz və cəmiyyətimiz qarşısındakı sosial məsuliyyəti və mənəvi borcu hesab edir!
Vetenim-Azərbaycandir.az Qafqazinfo ya istinadən