Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Millət Vəkili gənc rəssamla görüşdü

Millət Vəkili gənc rəssamla görüşdü
3-02-2021, 18:07 753 dəfə baxılıb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva istedadlı gənc rəssam Vasif Nəcəfovla Mədəniyyət Komitəsində görüşüb, onun yaradıcılıq uğurları, planları və qayğıları ilə maraqlanıb. 
Q.Paşayeva ölkə Prezidentinin 2021-ci ili Azərbaycanda Nizami İli, Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsini, Xarıbülbül festivalı və Vaqif Poeziya Günlərinin bərpasını yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltaraşlar üçün də bir çağırış - yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib. 
Gənc rəssamı düşmən üzərində tarixi zəfərimizi öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Q.Paşayeva, özünəxas ənənələri olan Azərbaycan rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, istedadlı rəssama uğurlar arzulayıb.
Gənc rəssam V.Nəcəfov səmimimi görüş üçün Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya təşəkkür edib

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI