01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Gənclər Günü münasibətilə sizi təbrik edirəm!
Əziz gənclər!
Gənclər Günü münasibətilə sizi təbrik edirəm!
Gənc və gələcək sözləri həm deyilişdə, həm mahiyyət etibarilə bir-birinə o qədər yaxın ifadələrdir ki, zamanın iti axarı, məkanın virtual ölçüsü bu adlar qoşa çəkiləndə gerçək görünür.30 ildə yaratmağa cəhd etdiyi mifi gənclərimiz 44 gündə alt-üst elədi. Biz gənclərimiz və ordumuzla nə qədər fəxr etsək azdır.
Əziz gənclər! Siz tələbə, elm yolunda ilk qədəmlərini atan tədqiqatçı, müəllimsiniz. Hamımızın ana Vətəni olan Azərbaycan üçün çalışmağımızın bir məqsədi var: ölkəmiz güclü olsun! Sevinirəm ki, bu məqsəd üçün ölkəmizdə kifayət qədər güclü gənclik potensialı var. Onlar ölkəmizin gələcək hədəfləri haqqında düşünür, çalışır və yarışırlar. Bu gənclərin qazandıqları nailiyyətlər gələcəkdə onları gözləyən həyat sınaqlarından da uğurla çıxacaqlarına inam hissi yaradır. Ona da inanıram ki, bu və digər istedadlı gəncləri irəlidə ən böyük qələbələr gözləyir. Həyatın və cəmiyyətin sınaqlarına baxmayaraq nikbin olmaq, səslənən təriflərə rəğmən daim özünə tənqidlə yanaşmaq, dövlətimizin amal və məqsədləri naminə yeniləşən peşəkar bacarıqlara nail olmaq əsas hədəflər olmalıdır.
Firavan yaşayan cəmiyyətə aparan yol bilikdən keçir. Tarazlı və uğurlu sosial-iqtisadi inkişaf mükəmməl təhsilə bağlıdır. Təhsil isə cəmiyyətə və onun bəslədiyi dəyərlərə.
Əziz gənclər, sizə bu əməllər naminə sözün həqiqi mənasında gənclik enerjisi arzulayıram!
Dünyaxanım Əliyeva . Dünya ana və uşaqlar ,İctimai birliyinin sədri