21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
İnam Kərimov fermerlərlə toplantı keçirdi
Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının onlayn formatda toplantısı keçirilib. "Qafqazinfo" xəbər verir ki, toplantıda Azərbaycanın 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər iştirak ediblər.
İclasda Fermerlər Şurasının yeni üzvləri iştirakçılara təqdim olunub. Yeni üzvlər Fermerlər Şurasında Bərdə, Ağcabədi, Masallı, Şəmkir və Füzuli rayonlarını təmsil edirlər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlər barədə məlumatlandırıb.
Toplantıda cari il ərzində aqrar sektorda baş verən yeniliklərə toxunulub. Bildirilib ki, Aqrar Subsidiya Şurası tərəfindən 2022-ci il üçün subsidiya əmsalları açıqlanıb. Qərara əsasən, gələn ildən pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bundan başqa, subsidiya alınması üçün sığortalanacaq bitkilərin siyahısı təsdiqlənib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.
Sonda fermerlər Şurası üzvlərinin təklifləri qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.