09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
“Ruhi xəstə olan yoldaşım insult keçirib, hissiyyatını itirib, amma pensiyasını kəsiblər” - Foto
“Həyat yoldaşım Qabil Mövlayev II qrup əlildir. Ruhi xəstədir, insult keçirib, hissiyyatını itirib, çox ağır vəziyyətdədir. Bu vəziyyətdə olmasına baxmayaraq, avqust ayından bəri əlillik pensiyası da kəsilib. Çox pis vəziyyətdəyik, nə iynə-dərmana, nə də dolanışığa pul tapa bilirik”.
Bu şikayətlə “Qafqazinfo”ya Daşkəsənin Xoşbulaq kəndində yaşayan Nəzakət Mövlamova müraciət edib. Onun sözlərinə görə, hazırda oğlu İsa Mövlamov hərbi xidmətdə olduğundan ailənin bütün yükünü tək çəkir. Ailə 92 yaşlı qayınatası İsa Mövlayevin pensiyası ilə dolanır: “Evdə 60 yaşında xəstə həyat yoldaşım və 92 yaşında xəstə qayınatam var. Hazırda onun aldığı 291 manat pensiya ilə dolanırıq, evimizə bundan başqa pul gəlmir. Yoldaşım 5 ildir ki, II qrup əlil kimi pensiya alırdı. Avqust ayından pensiyası kəsilib. Çıxılmaz vəziyyətdə qalmışam. Oğlum İsa da əsgərlikdədir, başqa köməyim yoxdur”.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, problem həll olunmayıb: “Mənə deyirlər ki, təkcə onun pensiyası kəsilməyib. Deyirlər, bizim əlimizdən heç nə gəlmir, xəstəni Bakıya aparmalısan. Mənim də imkanım yoxdur, heç bu vəziyyətdə xəstəni evdən də çıxara bilmirəm”.
Problemlə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov “Qafqazinfo”ya bildirib ki, xəstə ilə bağlı tibb müəssisəsinin göndərişində xəstəlik səthi yazıldığından ona imtina verilib: “Biz vətəndaşı görmədiyimiz üçün onun hazırkı vəziyyətini tibb müəssisəsinin göndərişi əsasında qiymətləndiririk. Tibb müəssisəsinin göndərdiyi Forma 88 isə çox səthi yazılıb və xəstənin heç bir ağırlaşması qeyd olunmayıb. Ona görə də xəstəyə imtina cavabı verilib”.
T. Qurbanov əlavə edib ki, bütün bunlara baxmayaraq, vətəndaşla əlaqə saxlanılıb və ona əyani baxış keçiriləcək və əlilliyin qiymətləndirilməsi aparılacaq.