20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Lerikdə sakinlər Meşə Fondunda tikinti aparılmağından şikayətçidir - Açıqlama
Lerik rayonu Peştətük kənd sakinləri onlara məxsus olan pay torpaqlarında qanunsuz tikinti aparıldığını iddia edirlər.
Sakinlər adından “Qafqazinfo”ya müraciət edən Eldost Ağaverdiyev bildirib ki, Dövlət İslahat Komitəsi 1998-ci ildə pay torpaq kimi bütövlükdə kənd sakinlərinə torpaq sahələri verib: “Sonradan məlum oldu ki, həmin torpaqlar Dövlət Meşə Fondunun balansındadır. Ona görə də həmin torpaqların sənədləri verilmədi. İcraat Komitəsi torpağı kənd sakinləri arasında püşkatma yolu ilə bölüşdürdü. Nazirlər Kabineti həmin torpaqlara şəxsi mülkiyyətə keçirmək üçün sənəd, dövlət aktı verməli idi. Həmin o islahatın sənədləri Nazirlər Kabinetinə gedəndə orada məlum oldu ki, kəndin torpaqları meşənin balansındadır. Şəxsi mülkiyyət deyil.
Bundan sonra həmin torpaqların təyinatı Nazirlər Kabineti səviyyəsində dəyişilməli və bələdiyyə mülkiyyətinə verilməli idi. Proses uzun müddət davam etdi. 2009-2010-cu illərdə sahibkar Zərintac İsmayılova həmin kənddə heç kəsə lazım olmayan torpaq sahəsini götürdü və orada "Cənub" İstirahət Mərkəzini tikdi.
Bir müddətdən sonra həmin sahibkar o əraziləri də zəbt etdi və torpaqlar da Meşə Fondunun tərkibində olduğu üçün onlarla müqavilə bağlayıb aldı. Biz də şikayət edən zaman Nazirlər Kabineti həmin torpaqların dəyişdirilməsi ilə bağlı qərar qəbul etdi və prosesə başlandı. Torpağın Meşə Fondundan alınıb vətəndaşlara verilməsi barədə qərar qəbul olundu.
Bu proses baş verdiyi müddətdə sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarə müqaviləsi götürmüşdü. İcarə müqaviləsindən sonra da orada əsaslı tikinti aparıldı. Biz də şikayət etdikdən sonra nazirlik həmin müqaviləyə xitam verdi. Xitam verilməsinə səbəb isə torpaqda əsaslı tikintinin aparılması ilə bağlıdır.
Bu ilin avqustun 26-da nazirlik yenidən sahibkara tikinti üçün icarə müqaviləsi verib. Yeni aktda sahibkara bəraət qazandırmaq üçün bunun əsaslı tikinti olduğu qeyd edilir. Biz yenidən aktın ləğv edilməsi, tikintinin dayandırılmasını tələb edirik”.
“Qafqazinfo” məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova müraciət edib. Nazir müavini bildirib ki, 14 aprel 2020-ci il tarixində Quliyev Raqif Vaqif oğluna məxsus “Cənub TİM” MMC ilə Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında rekreasiya məqsədilə müqavilə bağlanılıb:
“Müqaviləyə əsasən, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Gürdəsər meşəbəyliyində 2,3 hektar meşə ilə örtüyü olmayan boş ərazi turizm-rekreasiya məqsədilə 5 illik icarəyə verilib. Meşə fondu torpaqlarının boş ərazilərində Nazirliyin qurumları tərəfindən yaxın dövrə hansısa meşəbərpa fəaliyyəti nəzərdə tutulmayıbsa, həmin ərazilər Meşə Məcəlləsinə uyğun olaraq elmi tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatlarının ehtiyacları, meşə bağlarının salınması məqsədilə istifadə edilə, fiziki və hüquqi şəxslərə icarəyə verilə bilər. 2021-ci ilin aprel ayında həmin müqavilənin icra vəziyyəti tərəfimizdən yoxlanılarkən bir sıra pozuntular aşkarlanıb və 16 aprel 2021-ci il tarixində həmin müqavilə Nazirlik tərəfindən birtərəfli ləğv edilib. Bununla bağlı Meşələrin İnkişafı Xidməti tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib, lakin məhkəmə iddianı əsassız hesab edərək təmin etməyib.
Daha sonra “Cənub TİM” MMC-nin sahibi Quliyev Raqifin anası İsmayılova Zərintac İsmayıl qızı 5 illik müqavilənin uzadılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Apellyasiya Şurasına müraciət edib. 2021-ci il avqustun 26-da Apellyasiya Şurası tərəfindən müraciət təmin edilib və müqavilə növbəti 5 il müddətinə uzadılıb”.
V.Kərimovun sözlərinə görə, meşə fondunun açıq sahələrinin icarəyə verilməsi səlahiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun qurumları tərəfindən həyata keçirilə bilər: “Həmin müqavilənin ləğv edilməsi ilə bağlı vətəndaşların qeyd edilən şikayətinə gəldikdə isə, bu, başadüşülən deyil və vətəndaşların özlərinə məxsus olmayan torpaq sahəsi barəsində digər şəxslərlə bağlanan icarə müqaviləsinin ləğvi ilə əlaqədar müraciətlərinə baxılmır. Bu məsələ ilə bağlı vətəndaşlar bir neçə dəfə qəbul olunub, onların şikayətləri dinlənilib və ətraflı məlumat verilib”.
Günel Türksoy