01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Azərbaycanlı bəstəkarın mahnısı Qırğızıstanın “Qızıl fond”unda-FOTO
Azərbaycanlı bəstəkarın “İssık-kul” mahnısı Qırğızıstanın Respublikasının “Qızıl fond”una daxil edilib.
Kanal32.az-ın məlumatına görə,azərbaycanlı bəstəkarın bəstələdiyi “İssık-kul” mahnısı Qırğızıstan Dövlət Teleradio kampaniyasının “Qızıl fond”una qəbul edilib. Nüfuzlu mədəniyyət, incəsənət və ədəbiyyat adamlarından ibarət Bədii Şura üzvlərinin yekdil qərarı ilə bəyənilərək mahnı fonda daxil olunmuşdur. “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun layihəsi əsasında hazırlanmış “İssık-kul” mahnısının sözləri Leyla xanım Əliyevaya, musiqisi professor Abbasqulu Nəcəfzadəyə məxsusdur. Şeiri qırğız dilinə akademik Osmonakun İbraimov tərcümə edib. Mahnını Qırğızıstanın Əməkdar artisti Qulzinat Surançiyeva qırğız dilində lentə alıb.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan bildirilib ki, “İssık-kul” mahnısı Azərnaycan bəstəkarlarının ilk mahnısıdır ki, Qırğızıstan Dövlət Teleradiosunun “Qızıl fond”una daxil olunub. Yaxın vaxtlarda Qırğızıstanda keçiriləcəyi nəzərdə tutulan “İssık-kul – Türkün inci dünyası” adlı festivalda “İssik-kul” mahnısı müxtəlif dillərdə nümayiş ediləcək. Bu mahnı ondan çox dildə (Azərbaycan, türk, qırğız, özbək, ərəb, italyan, rus, ingilis, fars, ivrit və dağ yəhudiləri) və dünyanın 20 tanınmış müğənnisi tərəfindən oxunub və böyük bir coğrafi ərazidə yayılıb. İnanırıq ki, “İssık-kul” mahnısı ilə Azərbaycan musiqi mədəniyyətinin Qırğızıstanda təbliği turistik məkan kimi Türk dünyasının incisi sayılan İssık-kulun müxtəlif xalqlar arasında daha da cəlbedici olmasna xidmət edəcəkdir.
Qeyd edək ki, Qırğızıstan Respublikası Teleradio kampaniyasının “Qızıl fondu”na daxil edilən mahnılar mərhələli müzakirələrdən keçir. Bədii şuranın üzvlərini sadalamaq kifayətdir ki, başa düşəsən mahnı necə ciddi qiymətləndirmələrdən sonra “Qızıl fonda” qəbul edilir:
1. Sardarbek Cumaliyev – Xalq artisti, dirijor
2. Anarbek İbrayev – Xalq artisti, şair, Toktoqul adına Dövlət mükafatı laureatı
3. Kıyalbek Urmanbetov – Xalq şairi