21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Qarabağ Azərbaycanındır - Qorbaçovun tarixi etirafı - VİDEO
Azərbaycan prezidenti Kəlbəcərə səfəri zamanı yenidən yaddqalan açıqlamalarla gündəm oldu. Onun erməni faşizminin çirkin üzünü ifşa etdiyimizi və bu həqiqətləri erməni havadarlarının gözlərinə soxacağımızı bəyan etməklə əslində ikili standartlar dünyasına haqq etdiyi mesaj vermiş oldu.
Tarix boyu ermənilərin ən qatı havadarları Rusiya olub və məhz Rusiya ermənilərdən hər zaman çoxdəfəlik istifadə vasitəsi kimi istifadə edərək bu nakor topluma acınacaqlı aqibətlər yaşadıblar. Çox da uzağa getməyək, çağdaş tariximizdə ermənilərin ən qatı havadarı kimi Qorbaçovlar ailəsi və xüsusən də erməni mənşəli Raisa Maksimovna olduğu da kimsəyə sirr deyil. Amma hətta ermənilərə aşkar havadarlıq edən Mixail Qorbaçov da SSRİ prezident kimi çıxışında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu etiraf etməyə məcbur olmuşdu. Necə ki, Rusiya prezidenti Vladaimir Putin də son dövrlər dəfələrlə oxşar etiraflarda bulunmaqla erməniləri məyus etdi.
EDNews.net xəbər verir ki, Moderator.az oxucularının yaddaşını təzələmək üçün SSRİ prezidenti kimi son çıxışlarından birində maraqlı etiraflarda bulunan Mixail Qorbaçovun fikirlərini təqdim edirik. Xüsusən də qeyd edilməlidir ki, Azərbaycan tərəfinin dəfələrlə Ermənistana sülh və bölgədə birgəyaşayışın alternativi olmaması ilə bağlı çağırışları fonunda Qorbaçovun bu fikirləri aktuallıq kəsb edir:
"SSRİ Prezidenti M.S.Qorbaçovun Azərbaycan xalqına və Dağlıq Qarabağ sakinlərinə
M Ü R A C İ Ə T İ
Əziz yoldaşlar!
Mən sizə çox məsuliyyətli və həyəcanlı zamanda müraciət edirəm!
Ölkəmizdə, o cümlədən millətlərarası sferada həyata keçirilən böyük dəyişikliklər çətin gedir.
Təəssüf ki, insan qurbanlarına gətirib çıxarmış ağır münaqişələrdən də yan keçmək mümkün olmamışdır.
Artıq dördüncü ildir ki, Dağlıq Qarabağ torpağında sülh yoxdur, atəş səsləri eşidilir, insanlar həlak olur, qarşılıqlı münasibətlərdə inamsızlıq artır.
Bəs sonra nə baş verəcək?
Mən anlayıram ki, incikliyin, hiddətin və qarşılıqlı nifrətin zəncirvari reaksiyasını dayandırmaq çox çətindir, amma bunu dayandırmaq lazımdır!
Bu zaman gerçəklikdən çıxış etmək çox vacibdir!
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir!
Burada SSRİ Konstitusiyası və Azərbaycan SSR-nin Konstitusiyası fəaliyyət göstərir.
Ermənilərlə azərbaycanlılar birgə yaşayır və işləyir.
Tarix özü buna hökm vermişdir və bunu qəbul etmək lazımdır.
Bu isə o deməkdir ki, mümkün qədər tez bir zamanda həyatı normal məcraya qaytarmaq lazımdır, demokratik islahatlar keçirməyə, qanuni hakimiyyət orqanlarını formalaşdırmağa başlamaq lazımdır.
Qoy sizin gözlərinizi keçmiş və bugünkü incikliklər tutmasın!
Tənələri unudun, dinc söhbətə başlayın, bir-birinizi anlamağa çalışın, dalandan çıxış yolunu tapın.
Axı aydındır ki, sizin əvəzinizə bunu heç kim edə bilməyəcək!
Çox ümid edirəm ki, mənim bu sözlərim sizin ürəklərinizdə əks-səda doğuracaqdır!
Sizə sülh və xoşbəxtlik arzulayıram!"