Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

SON DƏQİQƏ! Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ XANIM HƏBS OLUNDU – GÖRÜN NƏ İŞ TUTUB

SON DƏQİQƏ! Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ XANIM HƏBS OLUNDU – GÖRÜN NƏ İŞ TUTUB
20-08-2021, 10:00 589 dəfə baxılıb

Xəbər verildiyi kimi, Lənkəran rayonu, Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın qanunsuz hərəkətləri ilə bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.





KanalS.az xəbər verir ki, Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılmış ümumilikdə 3 min 849 manat məbləğində pul vəsaiti mənimsəməsinə, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin edilməsi müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Zeynəb Əhmədovaya Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib./axar.az
KanalS.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI