18:14 - Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 MİLYON MANAT AYRILDI
18:10 - SOCAR-ın prezidenti Moldovanın Baş nazirinin müavini ilə görüşüb
18:44 - İlham Əliyevdən yeni rektor TƏYİNATI
18:41 - Ərdoğan qlobal iqtisadiyyatda güclü qasırğanın olacağını açıqladı
18:30 - Prezident: Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib
18:29 - Tanınmış kino aktyoru və rejissor Ceyhun Mirzəyevin doğum günüdür
21:06 - Azərbaycan güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
21:03 - Xanlar Vəliyev təqaüdə göndərildi
20:56 - Məmmədbağır Əliyev "Şərəf" ordeni ilə təltif edilib
20:55 - Azərbaycan Prezidenti iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib
20:53 - İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
23:02 - Bu şəxslər 75 yaşına qədər vəzifədə qalacaqlar - Prezident qanun imzaladı
22:59 - TARİXİ ZƏFƏRDƏ DANILMAZ ROLU.
YARIM QALMIŞ ÖMÜR HEKAYƏSİ -Nailə Muradova
Qoşa qumrulartək verib baş-başa,
Bir örnək idilər qohum-qardaşa.
Ehtiyac olsa da bircə sirdaşa,
Boyun əymədilər dosta-yoldaşa,
Bacı olan yerdə dönəydi daşa…
Deyir, dərd gələndə batmanla gələr,
Ana da, Ata da, Qardaş da ölər.
Bacı öz dərdini bacıya söylər,
Bacısızlar dərdin kiminlə bölər ?!
Əlacsızın dərdin bir Allah bilər.
Gülüstan! dərdlərin çağlayar, aşar,
Gözlərin yol çəkər,qalarsan naçar.
Bacının vəfatın duyanlar çaşar,
Döyərsən qapını,de.. kimlər açar?!
Ruhun Baharsızsa, de.. necə yaşar ?!
Bacısız bir dünya başa od ələr,
Bahar cənnətdəki Mələyə dönər,
Ruhu da göylərdən yerlərə enər.
Gülustan bacının başına dönər,
Bahar bacısını dərdə..mi bələr ?!
Həyatda elə insanlar var ki, onların ömrü çırağa bənzəyir. Özündən çox, ətrafına işıq saçır. Onlar üçün ömür… kamilliyə gedən yol, Vətəni, xalqı, doğmaları üçün yaşantıdır. Belə ömür sahibləri yalnız özləri üçün yaşamırlar.. Onlar daim elm öyrətmək, yaxşılıq etmək, mərhəmət göstərmək rəftarında bulunurlar.
Bələ insanlar Allahın seçilmiş Bəndələdirlər.
Məhz bu seçilmişlərdən biri də öz ehtibarlığı, səmimiliyi, mehribanlığı, qohumcanlığı ilə sevilib seçilən ziyalımız,
Mingəçevir şəhər Peşə məktəbində 38il müddətində müəllimə vəzifəsində çalışan Gülüstan xanım Ədil qızı Kərimovadır.
Gülüstan xanım həyata övlad kimi gəlsə də, yeri gələndə bacı-qardaşa, hətta Ana-Ataya ANA olmuşdur. İnsanlar nə zaman müdirikləşir ?!
Odlu-alovlu yolları, keşməkeşli həyatı səbrlə, təmkinlə qarşılayıb, ağılla- anlayışla Allahın alın yazısına boyun əyən zaman insanlar müdiriklük zirvəsinə yüksəlirlər. Bu müdiriklüyün ümdəsi, həyatdan yetərincə acı dərs almış Müdrik
Gülüstan xanımın qismətinə yazılıb. Bu gün Gülüstan xanımın ailəsindən aldığımız acı xəbər onu sevənləri çox sarsıtdı..
Öz balası kimi sevib, bağrına basıb bəslədiyi doğma bacısı Sədaqət(Bahar) xanım uzun sürən xəstəlikdən sonra Allahın dərgahına qovuşdu.
Amansız ölüm ona aman vermədi. Bu ağır itki, bir evin altında baş-başa verib bir-birinə hayan olan iki doğmanı ayrı saldı. Çox ağır dərddir. Həyatın bu acı üzünü də Gülüstan xanım daddı. Onları sevənlərin, əzizlərinin gözlərində Bahar xanımın daima əksi canlanacaq, xatirəsi qəlbimizdə, səsi qulaqlarımızda olacaq.
Biz də…(DA&UIB) Dünya Ana və Uşaq İçtimai Birliyinin rəhbərliyi adından Başda Gülüstan xanım olmaqla, əzizlərinə, qardaş və bacılarına, dərin hüznlə baş sağlığı veririk.. Dərdinizə şərik oluruq. Ruhu şad, məkanı cənnət olsun. Bahar xanımın əzizlərinə Allahdan səbr diləyirik…
DA&UİB sədr müavini